Vergi və əmək haqqı hesabatlarını hazırlayan, mühasibatlıq üzrə 1-3 il təcrübəsi olan mühasib.
Vakansiya haqqında
Quantum Energy Solutions-dan vakansiya: Mühasib tələb olunur
Vəzifə öhdəlikləri:
Mühasibat uçotu
- Gəlir və xərclərin düzgün qeydiyyatı.
- Bütün maliyyə əməliyyatlarının sistemli aparılması.
- Bank hesabları və kassa əməliyyatlarına nəzarət.
- Alış və satış sənədlərinin uçotunun aparılması.
- Debitor və kreditor borclarının izlənilməsi.
Vergi və hesabatlar
- Vergi öhdəliklərinin düzgün hesablanması.
- Vergi bəyannamələrinin vaxtında hazırlanması və təqdim edilməsi.
-Vergi ödənişlərinin vaxtında həyata keçirilməsi üçün əvvəlcədən məlumat verilməsi.
-Vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırma.
-Vergi risklərinin əvvəlcədən müəyyən edilməsi.
Əməkhaqqı və işçilərlə bağlı sənədlər
- Əməkhaqqının hesablanması.
- İşçilərin məzuniyyət, xəstəlik və digər ödənişlərinin hesablanması.
- Əmək müqavilələri və müvafiq sənədləşmə üzrə nəzarət.
- Əməkhaqqı və sosial sığorta hesabatlarının hazırlanması.
Maliyyə nəzarəti
- Aylıq gəlir və xərc hesabatlarının hazırlanması.
- Mənfəət və zərərin hesablanması.
-Ödənilməli vergi və digər borclar barədə əvvəlcədən məlumat verilməsi.
- Pul vəsaitlərinin hərəkətinə nəzarət.
- Xərclərin təhlili və qənaət imkanları barədə təkliflərin verilməsi.
Sənədləşmə və nəzarət
- İlkin sənədlərin düzgünlüyünün yoxlanılması.
- Elektron qaimə-fakturalar və digər mühasibat sənədlərinin izlənilməsi.
-Mühasibat sənədlərinin qaydalara uyğun saxlanılması.
- Sənədlərdə çatışmazlıq olduqda vaxtında məlumat verilməsi.
Hesabatlılıq və ünsiyyət
- Hər ayın sonunda mənə maliyyə vəziyyəti barədə hesabat təqdim edilməsi.
- Vergi və digər ödənişlərdən əvvəl məbləğ və son tarixlərin bildirilməsi.
-Mənim təsdiqim olmadan razılaşdırılmış səlahiyyətlərdən kənar maliyyə öhdəliyi götürülməməsi.
-Suallar yarandıqda vaxtında cavab verilməsi.
- İşlərin yalnız son tarixdə deyil, əvvəlcədən planlaşdırılaraq icra edilməsi.
Əməkdaşlıq qaydaları
- Bütün məlumatların məxfiliyinin qorunması.
- İşlərin qanunvericiliyə uyğun aparılması.
- Aşkar edilmiş səhvlər və risklər barədə dərhal məlumat verilməsi.
- Görülən işlərə görə məsuliyyət və təhvil veriləcək hesabatların əvvəlcədən razılaşdırılması.
- Xahiş edirəm, bu işlərin hansılarının sizin tərəfinizdən yerinə yetiriləcəyini, aylıq xidmət haqqınızı, hesabatların təqdim edilmə müddətini və əlavə xidmətlərin qiymətini bildirin.
Namizədlərə tələblər:
- Təhsil: Orta texniki
- İş təcrübəsi: 1 ildən 3 ilə kimi
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 22-60 yaşında Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 10:00-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600-800 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
123 açıq vakansiya, 286 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 10:00-dan 18:00-kimi, həftədə 5 gün işlənir.
Başlanğıc aylıq əmək haqqı 600-800 manatdır.
Namizədlərdən 1 ildən 3 ilə kimi iş təcrübəsi tələb olunur.
Orta texniki təhsil tələb olunur.
22-60 yaş arası, həm kişi, həm qadın namizədlərə üstünlük verilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə digər açıq elanlar.
Mühasibat uçotunu aparır və vergi hesabatlarını hazırlamaq üçün minimum 1 il təcrübə tələb olunur
Gündəlik 1C əməliyyatlarını idarə etmək və mühasibatlıq üzrə minimum 1 il təcrübə tələb olunur
Mühasibat sənədlərini hazırlamaq və 1C proqramında maliyyə əməliyyatlarını aparmaq.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



