Problemli kreditlərin təhlili, borcalanlarla danışıqlar aparmaq və restrukturizasiya təklif etmək tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi;
- Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması;
- Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi;
- Təyin olunmuş portfelin idarə olunması;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Təcrübə tələb olunmur;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
İş barədə məlumat:
- Əmək haqqı: 600-900 AZN (ƏH+bonusla birlikdə)
- İş yeri : Bakı şəh, Nərimanov rayonu
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Problemli kredit mütəxəssisi üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 888 ₼.
19 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Problemli kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhəri, Nərimanov rayonundadır.
İş həftədə 5 gün, saat 10:00-dan 19:00-dəkdir.
Əmək haqqı 600-900 ₼ aralığındadır, bonuslar daxildir.
CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keç1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProblemli kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Gecikmiş kredit portfeli ilə işləyir, borcları tələb edir və problem həll edir, minimum 6 ay təcrübə tələb olunur
Müştərilərin borclarını yığır, borc gecikmələrini araşdırır və məhkəmə işlərini aparır.
Problemli kreditlərin ünvanda təqibini həyata keçirir və güclü ünsiyyət bacarığı tələb olunur

