Vakansiya haqqında
İş şəraiti:
İş qrafiki: I–V günlər (09:00-dan – 18:00-dək);
Əməkhaqqı: Rəqabətədavamlı fiks maaş (namizədin təcrübə və biliyinə əsasən müsahibədə təyin olunur);
AR Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə.
Vəzifə öhdəlikləri
Məhsulların (BAQM, Tibbi vasitələr və BFQƏ) dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün sənədlər paketinin (dossier) hazırlanması və toplanması;
AQTA ( Qida Təhlükəsizliyi Agentliyi) və AEM (Analitik Ekspertiza Mərkəzi) ilə sıx əməkdaşlıq, qeydiyyat müraciətlərinin izlənilməsi və prosedurların sonadək idarə olunması;
Məhsulların təlimat, qablaşdırma və markalanma mətnlərinin yerli qanunvericiliyə uyğunlaşdırılması;
Sertifikatlaşdırma, ekspertiza və icazə sənədlərinin vaxtında alınmasının təmin edilməsi;
Qeydiyyat sənədlərinin arxivləşdirilməsi və məlumat bazasının yenilənmə
Tələblər
İş təcrübəsi: Qeydiyyat/sənədləşmə sahəsində minimum 1 il iş stajı;
Səriştə və biliyi: AQTA, AEM, BAQM və tibbi vasitələrin qeydiyyatı üzrə qanunvericilik və prosedurları bilmək mütləqdir;
Ali təhsil (Tibb, Əczaçılıq, Biologiya, Kimya və ya əlaqədar sahələr);
Sənədlərlə diqqətli və məsuliyyətli işləmək bacarığı;
Rus və ya İngilis dili bilikləri (xarici istehsalçılarla yazışmalar üçün üstünlükdür).
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Qeydiyyat üzrə mütəxəssis üzrə bazar adətən 500–950 ₼ ödəyir, median — 625 ₼.
1 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qeydiyyat üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftənin I–V günləri, saat 09:00-dan 18:00-dəkdir.
Əməkhaqqı 700–1200 ₼ aralığında, təcrübə və biliyə əsasən təyin olunur.
Bəli, AR Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə təmin olunur.
Qeydiyyat və sənədləşmə sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Namizəd elektron poçt vasitəsilə müraciət etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keç