Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi üzrə təcrübəli mütəxəssis tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Vergi qanunvericiliyinin tələblərinə uyğunluğu təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
- Vergi və Statistika hesabatlarının yerli qanunvericiliyə əsasən hazırlanması və müvafiq orqanlara vaxtında təqdim edilməsi;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, tələb olunan sənədlərin toplanılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin (YGB) yoxlanması və istifadə olunan proqram təminatında qeydiyyatının aparılması;
- Şəxsi hesab vərəqəsinə nəzarət olunması və proqram təminatına qeydiyyatının aparılması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
- Təxirə salınmış vergilərin hesablanması;
- İş prossesində vergi optimallaşdırılması analizinin aparılması və müvafiq təkliflərin hazırlanması;
- Şirkətdə Əmək haqqları ilə bağlı aylıq yaranan öhdəliklərin (vergi, mdss, its, iss) sistemə daxil edilməsi;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət olunması;
Tələblər:
- Mühasibatlıq, maliyyə və vergi sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3+ il iş təcrübəsinin olması;
- Vergi Məcəlləsi ilə işləmə bacarığı
- Balans cədvəli
- Gəlir və zərər hesabatının hazırlanması
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri - Çıraq Plaza
- Əmək haqqı müsahibə əsasında
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Vergi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Çıraq Plaza binasında yerləşir.
İş qrafiki həftədə 5 gün, 09:30-dan 18:30-a kimidir.
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
CV forması göndərilməlidir, mövzu yerinə “Vergi üzrə mütəxəssis” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAli təhsil mühasibatlıq, maliyyə və ya vergi sahələrində olmalıdır, ən azı 3 il iş təcrübəsi tələb olunur.
MS Office proqramları, xüsusilə Excel yüksək səviyyədə bilməlidir.
Müraciət üçün son tarix 20 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVergi mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Vergi uçotu və hesabatlılığını idarə edir, vergi qanunvericiliyini praktiki tətbiq edir.
Vergi uyğunluğu və mühasibatlıq üzrə məsləhətçi kimi işləyir, ən azı 2 il təcrübə tələb olunur
Vergi hesabatlarının hazırlanması və təqdim olunması üzrə işləyir, vergi qanunvericiliyini yaxşı bilir.




