Restoran məhsullarının maya dəyərini hesablamaq və inventarizasiyanı yoxlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
- Mal-material üzrə sənədləşməni həyata keçirmək, qiymət, say göstəricilərinin müqavilələrə, təchizat sifarişləri sənədlərinə uyğun olub- olmamasını yoxlamaq, uyğunsuzluq hallarının aradan qaldırılmasını təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq;
- Təchizatçılar üzrə məlumat bazasının aparılması;
- Rəhbərliyin işi üçün zəruri olan sənədlərin və məlumatların hazırlanması;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Müəssisənin hesablama. çəki avadanlıqlarının düzgün çalışmasının yoxlanılması üçün səyyar yoxlamaların aparılması;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
- Lazım gələrsə digər mühasibatlıq uçotu məliyyatlarının aparılması üçün dəstək olmaq;
- Xüsusi turist qruplarına menyuların xərclərinin müəyyənləşdirilməsi, xərclərin optimallaşdırılması, BEO-lar hazırlanan zaman yaxından iştirak etməli;
- Gündəlik sifarişlərin satış menyusuna uyğun olub-olmamasını yoxlamaq.
- İşə planlı yanaşmalı;
- Ali təhsilli olmalı;
- Fəal olması və komandada işləmək bacarığı;
- Fikrini sərbəst və dəqiq izah etmək qabiliyyəti olmalı;
- Riyazi analitika bacarıqları olmalı;
- Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
- Restoran və hotel sahəsində 1-3 il iş təcrübəsi olmalı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Satış və anbarın idarə olunmasını bilməli;
- Yaş həddi 22-35;
- MC,Günəş və ya 1C,SPM,ERP, MS Office ( Excell-yaxşı səviyyədə) proqramlarında işləməyi bilməli;
- Yemək və digər hotel satışları üzrə kalkulyasiya barədə məlumatı olmalı.
- Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Xərclər üzrə nəzarətçi üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 050 ₼.
18 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Xərclər üzrə nəzarətçi kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərbaycan Turizm və Menecment Universiteti ali məktəb olaraq öz fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13…
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclər üzrə nəzarətçi üzrə Qəbələdə digər açıq elanlar.
Oteldə satınalma və inventar nəzarətini həyata keçirir, maliyyə sahəsində 1-3 il təcrübə tələb olunur
Gündəlik və aylıq xərcləri izləyir, təhlil edir və katerinq sahəsində 2 il təcrübə tələb edir
Məhsul resepturalarını hazırlayır, maya dəyərini hesablayır və ERP sistemində məlumatları idarə edir.




