Vakansiya haqqında

Influencer Azerbaijan komandası influenser marketinq mecener (Təcrübəçi) axtarır.

İnfluenser marketinq sahəsində karyera qurmaq, real layihələr üzərində işləmək və brendlərlə influenserlər arasında kampaniya prosesinin necə idarə olunduğunu praktiki şəkildə öyrənmək istəyən namizədləri 2 aylıq təcrübə proqramımıza dəvət edirik.

Influencer Azerbaijan olaraq 2022-ci ildən etibarən əsasən influenser marketinq olmaqla brendlər üçün 360° marketinq fəaliyyəti göstəririk. Yerli və beynəlxalq brendlərlə müxtəlif kampaniya və layihələr həyata keçiririk.

Vəzifə öhdəlikləri:

  • Layihələrə uyğun influenserlərin araşdırılması və seçilməsi;
  • İnfluenserlərlə kommunikasiyanın aparılması;
  • Kampaniya briflərinin influenserlərə çatdırılması və prosesin izlənilməsi;
  • Brend və influenser arasındakı kommunikasiya prosesinə dəstək;
  • İnfluenserlər tərəfindən təqdim edilən kontentlərin və layihə müddətlərinin izlənilməsi;
  • Kampaniyalar üzrə məlumatların toplanması və hesabatların hazırlanmasına dəstək;
  • Paralel şəkildə bir neçə layihə və tapşırığın idarə olunması.

Namizəddən gözləntilər:

  • Influencer marketing və sosial media sahəsinə maraq;
  • Güclü kommunikasiya bacarıqları;
  • Məsuliyyətli, operativ və detallara diqqətli yanaşma;
  • Eyni anda bir neçə tapşırıq üzərində işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Xarici dil biliyi;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq.

Təcrübə proqramı haqqında:

  • Müddət: 2 ay
  • İş rejimi: həftəiçi 5 gün, 11:00–17:00
  • İş formatı: ofisdə
  • Nahar və yol xərcləri üçün dəstək: aylıq 150 AZN
  • Təcrübəçi ilə şirkət arasında qanunvericiliyə uyğun müqavilə bağlanılır.

Seçim prosesi tapşırıq mərhələsi ilə başlayacaq. Uğurlu nəticə göstərən namizədlər müsahibəyə dəvət ediləcək.

https://utm.az/influencermanagerintern

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, English

Şirkət haqqında

Influencer Azerbaijan
Advertising Services · 11-50 · Bakı

Platform | Platform

Influencer Azerbaijan — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Makromed MMC
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Biznesin inkişafı üzrə mütəxəssis yeni tərəfdaşlar tapır və danışıqlar aparır, ən azı 1 il təcrübə tələb olunur.

Business DevelopmentPartner Relationship ManagementNegotiationProject Management+9
Müraciət etAsan müraciətAsan müraciət
Max Print
Middle · 3+ ilBakı
1 500–2 000

Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.

Social Media MarketingMarket ResearchProject ManagementGoogle Ads+16
Müraciət etAsan müraciətAsan müraciət
Pizza Mizza
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Layihələrin koordinasiyasını həyata keçirir və layihə idarəetmə bacarıqları tələb olunur.

Project ManagementDocumentation ManagementReportingResearch+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Influencer marketinq meneceri (stajyor)
Müraciət et