Vakansiya haqqında

Təsvir

  • Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Veb-sayt, bloq, sosial media, video və digər rəqəmsal platformalar üçün kreativ və cəlbedici məzmunun hazırlanması;
  • Reklam mətnlərinin və sloqanların yazılması, redaktə edilməsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;
  • SEO tələblərinə uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;
  • Şirkətin veb-saytının mövcud kontentinin təhlil edilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Kontentin vizual və məzmun baxımından effektivliyini təmin etmək məqsədilə dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;
  • Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil edilməsi;
  • Kontent təqviminin (Content Calendar) hazırlanması və mütəmadi idarə olunması, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;
  • Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənilməsi, onların kontent proseslərinə tətbiqi;
  • Hazırlanan məzmunun Azərbaycan dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Kopiraytinq, kontent yaradılması və ya rəqəmsal marketinq sahəsində (korporativ mühitdə və ya reklam agentliyində) minimum 3 il iş təcrübəsi;
  • CMS platformaları ilə işləmək bacarığı;
  • Microsoft Office proqramları və SEO alətləri (Semrush və s.) ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət bacarığı;
  • İngilis dili – əla, rus dili – yaxşı səviyyədə;
  • Süni intellekt alətlərindən kontent yaradılması və optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı;
  • Güclü yazılı kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları;
  • Analitik düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı;
  • Komanda ilə işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Tbilisi Avenue 187
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
13 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
156

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kopirayter üzrə bazar adətən 900–950 ₼ ödəyir, median — 950 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

6 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kopirayter kimi öz maaşını yoxla

Şirkət haqqında

Aztelekom MMC
Telecommunications · Bakı
Aztelekom MMC — bütün vakansiyalar

Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Kopiraytinq və ya rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət üçün son tarix 13 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kopirayter üzrə Bakıda digər açıq elanlar.

Baku Electronics
Mütəxəssis · 3–4 ilBakı
Maaş göstərilməyib6 gün qalıb

Yeni brendlərin yaradılması və reklam mətnlərinin hazırlanması üçün kreativ kopirayter tələb olunur.

BrandingContent CreationTask ManagementRebranding+7
Müraciət et
OMNIMARK Agency
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

Sosial media və reklam üçün kreativ mətnlər hazırlayır, minimum 2 il təcrübəsi var.

CopywritingContent CreationAdvertisingMarketing+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
McCann Erickson
Mütəxəssis · 3–4 ilBakı
Maaş göstərilməyib

Yerli və qlobal markalar üçün kreativ konseptlər hazırlayan təcrübəli kopirayter axtarılır.

CopywritingCreative Concept DevelopmentPresentation Preparation
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
166 Yükdaşıma və Logistika
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib6 gün qalıb

Brend kommunikasiya dilini formalaşdırır və kreativ kampaniyalar üçün məzmun yaradır, minimum 2 il təcrübə tələb olunur.

Project ManagementTrend AnalysisBrand CommunicationContent Strategy+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kopirayter / kontent yaradıcısı
Müraciət et