Beynəlxalq və yerli brendlərin strateji idarə olunmasını və bazar analizini həyata keçirir
Vakansiya haqqında
Vəzifənin məqsədi apteklərdə marketinq fəaliyyətlərinin, çap və promo materiallarının, tədbir və çəkilişlərin təşkilini və vaxtında icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
- Zeytun və Pharmastore apteklərində təsdiqlənmiş marketinq kampaniyalarının və promo fəaliyyətlərin icrasını koordinasiya etmək.
- Poster, flayer, stiker, rəf və digər aptekdaxili reklam materialları üzrə ehtiyacları toplamaq, say və yerləşdirmə planlarını hazırlamaq.
- Dizaynerlərə məzmun, ölçü və texniki tələblər üzrə aydın briflər vermək, materialları təsdiqə təqdim etmək.
- Çap və istehsal işlərini Təchizat departamenti ilə koordinasiya etmək, materialların keyfiyyətini, vaxtında hazırlanmasını, çatdırılmasını və düzgün yerləşdirilməsini izləmək.
- Promo və hədiyyə məhsulları üzrə ehtiyacları planlaşdırmaq, nümunələrin sifarişdən əvvəl təsdiqə təqdim olunmasını və sifariş prosesinin koordinasiyasını təmin etmək.
- Tədbir, konfrans, sərgi və aptek açılışları üzrə təşkilati işləri, stend və material təminatını, logistika və quraşdırılma proseslərini koordinasiya etmək.
- Apteklərin fasad, giriş və daxili brendləşmə materialları üzrə dizayn və tətbiq işlərini aidiyyəti şöbələrlə əlaqələndirmək.
- Foto və video çəkilişləri üçün apteklərlə əlaqə saxlamaq, iştirakçıları və vaxtları razılaşdırmaq, təşkilati hazırlığı təmin etmək.
- Promo və çap materiallarının qalıq və paylanma uçotunu aparmaq, görülən işlər və təsdiqlənmiş büdcə üzrə xərclər barədə hesabat hazırlamaq.
- Tapşırıqların icra müddətlərini izləmək, gecikmə və problemləri vaxtında bildirmək, vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil (marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya digər müvafiq sahələr üzrə).
- Marketinq, retail marketinqi və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi.
- Çap və promo materialları, təchizatçılar və tədbirlərin təşkilati işləri ilə bağlı praktiki təcrübə.
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus və ingilis dili biliyi üstünlükdür.
- MS Office, xüsusilə Excel və PowerPoint ilə işləmək, uçot və hesabat hazırlamaq bacarığı.
- Bir neçə işi paralel planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və intensiv iş rejimində son tarixlərə riayət etmək bacarığı.
- Güclü təşkilatçılıq və ünsiyyət bacarığı, detallara diqqət, operativlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri – BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93).
- Tibbi sığorta və nahar.
- Peşəkar təlim və inkişaf imkanları.
- Əməkhaqqı:
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Marketinq və retail üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Zərifə Əliyeva küç., 93, BEGOC Biznes Mərkəzindədir.
Əməkhaqqı qeyd olunmuş tələblərə cavab verən şəxslər üçün müzakirə olunur.
Namizədlər CV-lərini mövzu hissəsində “Marketinq və retail üzrə mütəxəssis” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMarketinq, retail marketinqi və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Şirkətin PR və sosial media strategiyalarını idarə etmək və kreativ kontent yaratmaq bacarığı tələb olunur
Şirkətin rəqəmsal platformalarını idarə edir, sosial media və kontent hazırlama bacarığı tələb olunur
Microsoft Office proqramlarını tələbələrə tədris edən və təlimçilik bacarıqlarına malik mütəxəssis.



