Vakansiya haqqında

Marketinq Akkaunt Menecer ona təhkim olunmuş brendlərin marketinq planlarının icrasına cavabdehdir. Bütün fəaliyyətlərin brend təlimatlarına, marketinq KPI-larına və biznes məqsədlərinə uyğunluğunu təmin edir. Birbaşa menecerin nəzarəti altında Marketinq Fəaliyyət Planları, Media Planları və kampaniya planları hazırlayır, hədəf auditoriyalara kompleks 360 dərəcə kampaniyalar vasitəsilə yönəlir. Bir sıra marketinq fəaliyyətlərini idarə edir və əməkdaşlıqla həyata keçirir, o cümlədən birbaşa mesajlaşma, rəqəmsal və ənənəvi reklam, PR, tədbirlər, aktivasiyalar, həmçinin influencerlər və təşkilatlarla əməkdaşlıq. Brendlərlə təşkilat arasında əsas əlaqələndirici şəxs kimi çıxış edir və media satınalmasını koordinasiya edir.

Vəzifə öhdəlikləri:

1. Marketinq Planlaşdırması və İcrası:

  • Təhkim olunmuş brendlər üzrə ətraflı marketinq fəaliyyət və media planları hazırlamaq,
  • Rəqəmsal, sosial media, e-mail, çap, açıq hava reklamı və tədbirlər daxil olmaqla, müxtəlif kanallar üzrə inteqrasiya olunmuş marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək,
  • Media satınalma prosesini idarə etmək, brend təlimatlarına uyğun olaraq marketinq materiallarının hazırlanması və çatdırılmasını nəzarətdə saxlamaq.

2. Kampaniyaların İdarə Edilməsi:

  • Kampaniyaların həyata keçirilməsini idarə etmək, daxili komandalar və xarici tərəfdaşlarla koordinasiyanı təmin etmək,
  • Kampaniyanın effektivliyini təhlil və monitorinq etmək, zərurət olduqda dəyişikliklər etmək,
  • Kampaniya büdcəsini idarə etmək, resurslardan səmərəli istifadəni təmin etmək və ROI-nin (investisiya gəlirliliyi) müsbət olmasına nail olmaq.

3. Müştəri İştirakı və Əməkdaşlıq:

  • Brend tərəfdaşları, daxili komandalar, müştərilər və təchizatçılar da daxil olmaqla, əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və saxlamaq,
  • Müştəri məmnuniyyətini, sədaqətini və əlaqəsini artırmaq məqsədilə tədbirlər, aktivasiyalar və kampaniyalar təşkil etmək,
  • Marketinq materialları və məzmunun yaradılması, hazırlanması və idarə olunmasını həyata keçirmək.

Requirements:

Professional biliklər:

  • Marketinq planlaşdırılması, kampaniya idarəçiliyi, media planları və brend kommunikasiyaları üzrə biliklər. Bu tələb CV-də marketinq fəaliyyət/media planlarının hazırlanması, inteqrasiya olunmuş kampaniyaların icrası, digital/sosial media, PR, tədbirlər, aktivasiyalar, influencer əməkdaşlığı, media satınalma və/və ya agentlik/təchizatçı koordinasiyası üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
  • İngilis dili biliyi: B1 (intermediate) və ya daha yüksək səviyyə, Rus dili arzuolunandır.
  • MS Office

Təhsil:

  • Ali təhsil (Marketinq, brend idarəetməsi, dizayn, kommunikasiya, biznes və ya əlaqəli sahə üzrə üstünlükdür)
  • və ya Beynəlxalq marketinq, rəqəmsal marketinq, brend menecment, data analitikası və marketinq kommunikasiyaları üzrə müvafiq sertifikat.

İş təcrübəsi:

  • Marketinq, brend marketinqi, kampaniya idarəçiliyi, rəqəmsal marketinq, akkaunt menecmenti və/və ya marketinq kommunikasiyaları sahəsində ən azı 2 il iş təcrübəsi.
  • Moda, pərakəndə satış brendləri, kreativ sahə və/və ya agentlik mühiti üzrə təcrübə arzuolunandır.

Professional bacarıq və kompetensiyalar:

  • Güclü layihə idarəetməsi və təşkilati bacarıqlar
  • Əla kommunikasiya və insanlarla münasibət bacarıqları
  • Peşəkar marketinq, kampaniya və büdcə planlaşdırma qabiliyyəti
  • Rəqəmsal marketinq, məzmun yaradılması və ya data analitikası alətləri üzrə bacarıq

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Caspian Plaza II, Floor 9, 44 Jafar Jabbarly Street
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 oktyabr 2026
Dillər
English, Russian
Son tarix
18 noyabr 2026
HRX ilə müraciət
5
Baxış
342

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

29 açıq vakansiya, 63 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Marketinq meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Sinteks LLC
Retail · 1,700+ · Bakı
Sinteks LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.

İngilis dili B1 səviyyəsində, Rus dili arzuolunandır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Marketinq meneceri üzrə Bakıda digər açıq elanlar.

Penoplex Prikavkazye
Mütəxəssis · 1–3 ilBakı
2 270₼5 gün qalıb

Marketinq planını həyata keçirir, bazar analizini aparır və kampaniyalar hazırlayır, 1-3 il təcrübə tələb olunur.

Market AnalysisSocial Media MarketingEvent OrganizationData Analysis+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Əliyev və K ŞİKŞ
Mütəxəssis · 3–5 ilBakı
800–1 000₼

B2B satış və rəqəmsal marketinq strategiyalarını hazırlayıb həyata keçirmək üçün 3-5 il təcrübə tələb olunur

Marketing StrategyB2B SalesLead GenerationMeta Ads+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Balique 2023 Ltd MMC
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 200₼

Marketinq planları hazırlayıb sosial media və reklam kampaniyalarını idarə etmək üçün 5 il təcrübə tələb olunur

Social Media MarketingData AnalysisTikTok AdsGoogle Analytics+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
OMNIMARK Agency
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

Marketinq kampaniyalarını planlayır, koordinasiya edir və güclü marketinq strategiyası biliklərinə malikdir.

Marketing StrategySocial Media MarketingContent PlanningMedia Planning+18
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Marketinq akkaunt meneceri
Müraciət et