Sosial media üçün kontent planları hazırlayır və SMM sahəsində 1-2 il təcrübəsi var.
Vakansiya haqqında
Supertoys komandamıza Marketinq üzrə Mütəxəssis axtarırıq!
Əgər marketinq sahəsində inkişaf etmək, kreativ layihələrdə iştirak etmək və real biznes nəticələrinə təsir edən kampaniyalar üzərində işləmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
- Aylıq kontent və post planların hazırlanması və icrası
- Sosial media və digər kommunikasiya kanalları üçün kontentlərin hazırlanması və paylaşılması
- Kommunikasiya kanalları üçün mətnlərin yazılması
- Çəkilişlərin koordinasiya olunması
- Müştəri davranışlarını və trendləri araşdırmaq
- Yeni marketinq ideyaları və layihələri təklif etmək
- Marketinq kampaniyalarının planlaşdırılması və icrasında iştirak
- Həyata keçirilən marketinq fəaliyyətlərinin koordinasiyasında iştirak etmək
- Reklam və promo materialların hazırlanması prosesinin idarə olunması
- Hesabatların hazırlanması
- Digər şöbələrlə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
- Ali təhsil
- Marketinq sahəsində 1–2 il iş təcrübəsi
- MS Office proqramlarında yaxşı işləmək bacarığı
- Analitik düşüncə və məlumatlarla işləmə bacarığı
- Kreativ yanaşma və yeni ideyalar yaratmaq bacarığı
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
- Rus və ya ingilis dili biliyi üstünlükdür
- Retail sahəsində təcrübə üstünlükdür
Biz nə təklif edirik?
- Stabil və inkişaf edən şirkətdə iş
- Əmək müqaviləsi
- Əməkhaqqı – 800 AZN
- Peşəkar inkişaf və karyera imkanları
- Kreativ və dinamik iş mühiti
- Böyük marketinq komandasında işləmək imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
supertoys mmc — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media üçün kontent yaradır və SMM sahəsində təcrübə qazanır, kreativ düşüncə tələb olunur.
Sosial media üçün kontent planı hazırlayır, Meta Ads Manager-də reklam kampaniyalarını idarə edir.
Sosial media platformalarını idarə edir, kontent yaradır və nəticələri analiz edir, SMM təcrübəsi tələb olunur.




