Süni intellekt və rəqəmsal texnologiyalar üzrə mütəxəssis

Nur Collection

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B (Masazır dairəsi)
  • İş qrafiki 5 günlük iş həftəsi, 09:00-18:00-a dək
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq.
  • Nahar fasiləsi: 13:00-14:00,
  • Nahar müəssisə tərəfindən təmin edilir.

Əsas vəzifələr:

  • Süni intellekt texnologiyalarından istifadə etməklə şirkətin müxtəlif rəqəmsal və kreativ layihələrinin hazırlanması;
  • AI vasitəsilə veb-saytların hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi;
  • Hazır saytların dizaynının, funksionallığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
  • AI vasitəsilə foto, video, reklam çarxları, animasiyalar, bannerlər, sosial media kontentləri və digər vizual materialların hazırlanması;
  • Məhsul şəkillərinin AI ilə yaradılması, dəyişdirilməsi və peşəkar şəkildə redaktə olunması;
  • Sosial şəbəkələr üçün kreativ Reels, Story, post və reklam materiallarının hazırlanması;
  • Şirkətin müxtəlif layihələri üçün AI-dan istifadə etməklə təqdimatlar, mətnlər, dizaynlar və digər rəqəmsal materialların hazırlanması;
  • AI vasitəsilə iş proseslərinin avtomatlaşdırılması və şirkətin iş effektivliyinin artırılması;
  • Yeni AI proqramlarını, platformalarını və texnologiyalarını araşdırmaq və iş prosesinə tətbiq etmək;
  • Texniki və kreativ tapşırıqları AI alətlərindən istifadə etməklə müstəqil şəkildə həll etmək;
  • Ehtiyac olduqda sadə proqramlaşdırma və kodlaşdırma işlərini AI dəstəyi ilə həyata keçirmək;
  • Şirkətin veb, sosial media, reklam və digər rəqəmsal layihələrində texniki dəstək göstərmək.

Namizədə əsas tələblər:

  • Süni intellekt alətləri ilə işləmək üzrə güclü praktiki bacarıq;
  • AI-dan istifadə etməklə *sıfırdan sayt hazırlaya bilmək*;
  • HTML, CSS, JavaScript və müasir web texnologiyaları barədə anlayış;
  • ChatGPT, Claude, Gemini, GitHub Copilot və digər AI platformalarından effektiv istifadə bacarığı;
  • Photoshop, Canva, CapCut, Premiere Pro və digər dizayn/video proqramlarında işləmək bacarığı üstünlükdür;
  • AI vasitəsilə foto və video generasiya edə bilmək;
  • Kreativ düşüncə və güclü vizual zövq;
  • Yeni proqram və texnologiyaları sürətli öyrənmək bacarığı;
  • Problemləri müstəqil şəkildə araşdırıb həll edə bilmək;
  • Portfolio təqdim etmək.

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “AI və Rəqəmsal Texnologiyalar üzrə Mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 sentyabr 2026
Son tarix
9 oktyabr 2026

Şirkət haqqında

Nur Collection
Emal sənayesi, Tekstil və geyim istehsalı · Baku

2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə başlamışdır.

Nur Collection — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AFB Bank
Junior · 1+ ilBakı
Maaş göstərilməyib7 gün qalıb

Bank üçün video çəkiliş, montaj və post-produksiya işlərini həyata keçirmək üçün 1 il təcrübə tələb olunur.

Adobe Premiere ProCanvaCreative ThinkingVideo Shooting+8
Müraciət etAsan müraciətAsan müraciət
Camal LTD (İceland)
Junior · 1+ ilBakı
1 0002 gün qalıb

Sosial media və marketinq üçün kreativ qrafik və video dizayn hazırlamaq, Adobe proqramlarını bilmək.

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignFigma+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Süni intellekt və rəqəmsal texnologiyalar üzrə mütəxəssis
Müraciət et