Sosial media hesablarını idarə edir, kreativ kontent yaradır və analitik hesabatlar hazırlayır, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Kontent menecer vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- Sosial media platformaları (Instagram, TikTok, Facebook, LinkedIn və s.) üçün aylıq kontent planının hazırlanması və idarə olunması;
- Post, story, reels və digər formatlarda kreativ kontentlərin yaradılması;
- Məhsul və ya xidməti düzgün ifadə edən, cəlbedici və satışyönümlü post mətnlərinin (kopiraytinq) yazılması;
- Yeniliklərin izlənməsi və yeni strategiyaların tətbiqi;
- Sosial media hesablarının inkişaf dinamikasının izlənməsi, hesabatların verilməsi və təkmilləşdirmə üzrə təkliflərin irəli sürülməsi.
Tələblər
- Sosial media, rəqəmsal marketinq və kontent idarəçiliyi sahəsində təcrübə mütləqdir;
- Kreativ yanaşma qabiliyyəti və qlobal/yerli sosial media trendlərini mütəmadi izləmək;
- Platformaların (xüsusilə Instagram və TikTok) işləmə alqoritmləri barədə məlumatlılıq;
- Video çəkiliş və müvafiq proqramlarda (CapCut, Canva və s.) montaj bacarıqları;
- Azərbaycan dilində mükəmməl səlis yazı və ünsiyyət bacarığı;
- Komandada işləmək, detallara diqqət yetirmək və vaxtı effektiv idarə etmək bacarığı;
- Namizədin əvvəllər icra etdiyi işləri özündə əks etdirən portfolio mütləqdir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media üçün kreativ məzmun hazırlayır və Instagram idarəetmə təcrübəsi tələb olunur.
Sosial media strategiyasını idarə edir, kreativ kontent yaradır və AI texnologiyalarından istifadə edir.
Sosial media üçün kreativ kontent hazırlayır və SMM sahəsində minimum 1 il təcrübəsi var.




