Marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və sosial media bacarıqları tələb olunur.
Vakansiya haqqında
Alievs Space LLC komandasına part-time Marketing Manager axtarırıq.
Biz veb saytlar, onlayn mağazalar və mobil tətbiqlər hazırlayan komandayıq. Bu yaxınlarda Tbilisidə yeni filialımızı açdıq və marketinq istiqamətini gücləndirmək istəyirik.
Vəzifə öhdəlikləri:
- Şirkətin LinkedIn, Instagram və digər sosial media kanallarının idarə edilməsi
- Aylıq kontent planının hazırlanması və icrası
- Potensial müştərilərlə ilkin əlaqə kampaniyalarının aparılması
- Google Ads və Meta Ads kampaniyalarının qurulması, nəticələrin təhlili
- Tamamlanmış layihələr üzrə portfolio və case study materiallarının hazırlanması
- Rəqiblərin və bazarın müntəzəm təhlili
Tələblər:
- Rəqəmsal marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi
- İngilis dilində sərbəst yazışma bacarığı — müştərilərimizin bir hissəsi beynəlxalqdır
- Sosial media idarəetmə və analitika alətləri ilə iş bacarığı
- Rəqəmlərlə işləmək və nəticəni ölçmək bacarığı
- Azərbaycan dili — sərbəst; rus dili biliyi üstünlükdür
Üstünlük sayılır:
- IT və ya proqram təminatı sahəsində marketinq təcrübəsi
- Google Ads / Meta Ads sertifikatları
- Gürcüstan bazarı ilə tanışlıq
Biz təklif edirik:
- Part-time çevik iş qrafiki
- Bakı ofisində iş
- Beynəlxalq layihələrdə iştirak
- Genişlənən komandada real təsir göstərmək imkanı
- Peşəkar inkişaf üçün dəstək
Müraciət üçün CV-nizi LinkedIn vasitəsilə göndərin.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Rəqəmsal marketinq kampaniyalarının hazırlanması və idarə olunmasında dəstək olmaq üçün ilkin bilik tələb olunur.
Sosial media hesablarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur.
Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.




