Digital marketinq strategiyasını hazırlayır, sosial media və reklam kampaniyalarını idarə edir, 1 ildən çox təcrübə tələb olunur
Vakansiya haqqında
INEO Group – uşaqlar və böyüklər üçün Avropa brendlərini təqdim edən gənc və dinamik inkişaf edən pərakəndə satış şirkətidir. Şirkətin portfelinə yüksək keyfiyyət, qüsursuz standartlar və Avropa üslubunu birləşdirən Jacadi, Yves Rocher və Mayoral brendləri daxildir.
Vəzifə öhdəlikləri:
Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi;
Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması;
Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.);
SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər);
Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.);
Françayzerlərin brend qaydalarına riayət olunması;
Sayt trafikinin artırılması strategiyalarının hazırlanması;
Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması;
Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması;
Reklam kampaniyalarının optimallaşdırılması;
Digital bazarın və texnologiyaların monitorinqi;
Biznes üçün yeni həllər və alətlərin təklif olunması;
Marketinq strategiyasının və marketinq planının hazırlanması;
Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi.
Tələblər:
Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə;
SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər;
Excel proqramını yüksək səviyyədə bilmək;
Böyük həcmli məlumatlarla işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük;
İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı;
Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı.
Şərtlər:
Əmək haqq: 1000 AZN;
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 1 000 ₼.
23 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 08:00–17:00, həftədə 5 iş günüdür.
Əmək haqqı 1000 ₼ təşkil edir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçƏmək Məcəlləsinə uyğun rəsmiləşdirmə təmin olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Rəqəmsal reklam kampaniyalarını idarə edir və Meta Ads, Google Ads bilikləri tələb olunur
Mebel və elektronika məhsullarının onlayn satışını artırmaq üçün rəqəmsal marketinq strategiyası hazırlayır və idarə edir
Rəqəmsal reklam kampaniyalarını idarə edir və Google Ads, Meta Ads bilikləri tələb olunur



