SEO üzrə mütəxəssis kimi texniki və strateji SEO bacarıqları ilə axtarış görünürlüğünü artırır.
Vakansiya haqqında
Supertoys MMC komandamıza GEO & SEO Mütəxəssisi axtarırıq!
Məqsədimiz Supertoys-un həm Google kimi ənənəvi axtarış sistemlərində, həm də süni intellekt platformalarında görünürlüğünü artırmaqdır.
Bu istiqamətdə SEO strategiyasını inkişaf etdirəcək, süni intellekt əsaslı axtarış sistemlərində brendimizin tanınmasını və tövsiyə olunmasını təmin etmək üçün yeni yanaşmalar tətbiq edəcək mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Supertoys-un veb-saytı üçün SEO və GEO strategiyasının hazırlanması və həyata keçirilməsi;
- AI platformalarında brend görünürlüğünün artırılması;
- AI Search Visibility və Brand Mention göstəricilərinin mütəmadi təhlili;
- Google axtarış nəticələrində saytın mövqelərinin və üzvi trafikinin artırılması;
- Texniki SEO auditinin aparılması və aşkar edilmiş problemlərin aradan qaldırılması üzrə işlərin təşkili;
- Açar söz araşdırması (Keyword Research) və rəqib analizi;
- Məhsul və kateqoriya səhifələrinin SEO və GEO baxımından optimallaşdırılması;
- Süni intellekt platformalarının daha yaxşı anlaya biləcəyi strukturlaşdırılmış kontentin hazırlanması;
- Schema Markup və Structured Data tətbiqinin təmin edilməsi;
- AI botlarının və axtarış sistemlərinin veb-sayta giriş imkanlarının yoxlanılması və optimallaşdırılması;
- Digital PR və backlink strategiyasının hazırlanması;
- Brend haqqında etibarlı xarici mənbələrdə məlumatların və istinadların artırılması;
- Google Search Console, Google Analytics və digər analitik alətlər vasitəsilə nəticələrin ölçülməsi;
- SEO və GEO fəaliyyətləri üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
- SEO sahəsində minimum 2 il iş təcrübəsi;
- GEO, AEO və AI Search Optimization istiqamətləri üzrə bilik və ya praktiki təcrübə;
- E-commerce saytlarının optimallaşdırılması üzrə təcrübə üstünlükdür;
- Google Search Console və Google Analytics ilə işləmək bacarığı;
- Ahrefs, Semrush və digər SEO alətləri üzrə biliklər;
- On-page, Off-page və Technical SEO bilikləri;
- Analitik düşüncə və nəticəyönümlülük;
İş şəraiti
- İş formatı: Freelance / məsafədən;
- İş qrafiki: Razılaşdırılmış iş planı və nəticələr əsasında;
- Əməkhaqqı: Namizədin təcrübəsinə və əməkdaşlıq şərtlərinə uyğun olaraq müəyyən edilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSEO mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasını hazırlayıb icra edir, rəqəmsal marketinq və Google Ads bacarığı tələb olunur
Rəqəmsal reklam kampaniyalarını idarə edir və Google Ads, Meta Ads bilikləri tələb olunur
Bazar araşdırmaları aparır, marketinq kampaniyalarını təhlil edir və strateji təkliflər hazırlayır




