Instagram və TikTok üçün kreativ kontent hazırlayan və sosial media hesablarını idarə edən mütəxəssis.
Vakansiya haqqında
Happy Smile stamatoloji klinikası üçün sosial media hesablarının idarə olunması və kreativ kontentlərin hazırlanmasına cavabdeh olacaq SMM Mütəxəssisi vakansiyası elan edirik.
Əsas vəzifə öhdəlikləri
- Klinikanın sosial media hesablarının idarə edilməsi;
- Sosial media üçün aylıq/həftəlik kontent planının hazırlanması;
- Kreativ və diqqətçəkən post, Story, Reels və video kontentlərin hazırlanması;
- Klinikanın həkimləri, mütəxəssisləri, xidmətləri və gündəlik fəaliyyətindən foto və video çəkilişlərin həyata keçirilməsi;
- Telefon və digər çəkiliş avadanlıqlarından istifadə edərək keyfiyyətli foto və video materialların hazırlanması;
- Reels və digər qısa formatlı videoların çəkilişi, montajı və sosial şəbəkələr üçün uyğunlaşdırılması;
- Trend mövzuların, musiqilərin və sosial media formatlarının izlənilməsi və klinikanın fəaliyyətinə uyğun tətbiq edilməsi;
- Paylaşımların mətnlərinin hazırlanması və vizual materialların uyğunlaşdırılması;
- Klinikaya uyğun yeni kontent formatları və kreativ ideyaların təklif edilməsi;
Namizədə tələblər
- SMM sahəsində iş təcrübəsi;
- Foto və video çəkilişi bacarığı;
- Kreativ düşüncə və yeni ideyalar təklif etmək bacarığı;
- Azərbaycan dilində səlis yazı və kommunikasiya bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Üstünlük hesab olunur
- Stomatoloji klinika, tibb və ya gözəllik sahəsində SMM təcrübəsi;
- Şəxsi portfolio və əvvəlki iş nümunələrinin olması;
- Peşəkar foto/video çəkiliş avadanlıqları ilə işləmək bacarığı;
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Kreativ ideyaların həyata keçirilməsi üçün imkan;
- İnkişaf və öyrənmə imkanı;
- Əməkhaqqı: 700-900 AZN;
- İş qrafiki: 6 gün.
Uyğun namizədlər CV lərini və portfoliolarını PDF formada Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərərək müraciət edə bilərlər. Müsahibəyə yalnız seçilmiş namizədlər dəvət olunacaq.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media platformalarını idarə edir, kontent yaradır və nəticələri analiz edir, SMM təcrübəsi tələb olunur.
Sosial media hesablarını idarə edir, kontent hazırlayır və Meta Ads üzrə təcrübə tələb olunur.
Sosial media platformalarında brendin tanıtımını və kontent yaradılmasını həyata keçirir, 2 il təcrübə tələb olunur.




