Sosial media marketinq üzrə mütəxəssis

AVENTUS

Vakansiya haqqında

Aventus bizneslərin Google Axtarış, Google Xəritələr və süni intellekt platformalarında rəqəmsal görünürlüğünü idarə edən konsaltinq şirkətidir. Lokasiya Marketinqi, Lokal SEO, Google Business Profile idarəçiliyi, onlayn reputasiya idarəçiliyi, sosial media marketinqi (SMM), veb-sayt hazırlanması və digər rəqəmsal həllər üzrə fəaliyyət göstəririk. https://www.aventus.az/

Google ekosistemi və beynəlxalq rəqəmsal platformalar üzrə ixtisaslaşan komandamız dünyanın aparıcı Location Marketing və Digital Presence Management şirkətləri ilə əməkdaşlıq edir, yerli və beynəlxalq layihələr həyata keçirir.

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Peşəkar və innovativ iş mühiti
  • Yerli və beynəlxalq layihələrdə iştirak imkanı
  • Rəqəmsal marketinq və beynəlxalq platformalar üzrə praktiki inkişaf imkanı
Öhdəliklər
  • Instagram, LinkedIn, Google və digər platformalara uyğun video, story, post, reels və digər məzmunların hazırlanması və paylaşılması;
  • Foto və video çəkilişlərinin təşkili, qısa video məzmunların hazırlanması və montajı;
  • Sosial media hesablarının gündəlik idarə olunması, mesaj və şərhlərin cavablandırılması;
  • Sosial media trendlərinin izlənilməsi, kreativ ideyaların və yeni formatların işə tətbiqi.
Tələblər
  • Sosial media idarəçiliyi sahəsində praktiki təcrübə;
  • CapCut və ya digər video montaj proqramları, Canva proqramı ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Kreativ düşüncə və vizual zövq;
  • Müstəqil işləmək, məsuliyyətli olmaq və vaxtı düzgün idarə etmək;
  • Komandada işləmək bacarığı.

Əlavə üstünlüklər:

  • AI alətləri (ChatGPT, Gemini və s.) ilə effektiv işləmək;
  • Google Ads və Meta Ads platformaları üzrə bilik;
  • Daha əvvəl idarə etdiyi sosial media səhifələri və portfolio;
  • Rəqəmsal marketinq və ya agentlik mühitində iş təcrübəsi;
  • Xarici dil bilikləri.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Dillər
Azerbaijani

Şirkət haqqında

AVENTUS
Marketing agency · Baku
AVENTUS — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

700

Sosial media hesablarını idarə edir, kreativ kontent yaradır və foto-video çəkiliş bacarığı tələb olunur.

Content CreationCreative ThinkingCopywritingTrend Analysis+10
Müraciət etAsan müraciətAsan müraciət
Saena MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Kafenin sosial mediasını idarə edir, SMM sahəsində ən azı 3 il təcrübə tələb olunur.

Campaign ManagementContent CreationMeta AdsTrend Analysis+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sosial media marketinq üzrə mütəxəssis
Müraciət et