Vakansiya haqqında

Handex komandası üçün kreativ, dinamik və müasir Mobiloqraf axtarırıq.

Namizədə tələblər:

  • Mobiloqrafiya sahəsində təcrübə və təqdim edilə bilən portfolio;
  • Minimum iPhone 16 Pro və ya ekvivalent yüksək səviyyəli çəkiliş imkanına malik şəxsi cihazla işləmək;
  • Tədbir öncəsi və tədbir zamanı aidiyyəti şəxslərlə operativ kommunikasiya quraraq kontent və çəkiliş prosesində koordinasiyanın təmin edilməsi;
  • Tədbir günü çəkiliş prosesinin məkan, iştirakçı və proqram xüsusiyyətlərinə uyğun koordinasiya edilməsi;
  • Tədbir və layihələr üzrə çəkiliş ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi, proqram və zaman axınına uyğun iş planının hazırlanması;
  • Təlim, tədbir və layihələr üzrə çəkiliş prosesinin öncədən planlaşdırılması və tədbirin dinamikasına uyğun kontentin operativ hazırlanması
  • Təhsil Mərkəzinin bütün çəkilişlərinin idarəsi;
  • Mobil video çəkilişi, kadraj və işıqlandırma, kompozisya bacarıqları;
  • Video montajı və edit bacarığı;
  • CupCut və Premiere Pro biliyi;
  • Sosial media trendlərini izləmək və kreativ şəkildə tətbiq etmək;
  • Vizual zövqə, yaradıcı baxışa və kontent vizyonuna sahib olmaq;
  • Müasir texnologiya və avadanlıqlarla işləməyi bacarmaq;
  • Öyrənməyə açıq, yenilikləri izləyən və çevik olmaq;
  • Flexible iş qrafikinə uyğunlaşmaq.

Təklif edirik:

  • Flexible (8 saat) iş formatı;
  • Kreativ və dinamik komandada çalışma imkanı;
  • Müxtəlif təlim, tədbir və layihələrdə iştirak;
  • Peşəkar inkişaf və yeni təcrübələr qazanmaq imkanı.

Maraqlanan namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Son tarix
1 oktyabr 2026

Şirkət haqqında

Handex
Biznesə dəstək xidmətləri, Təlim və peşəkar inkişaf · Baku

Handex Təhsil Mərkəzi 2021-ci ildən fəaliyyət göstərən, müasir iş dünyasının tələblərinə uyğun texniki, rəqəmsal və biznes bacarıqları üzrə ixtisaslaşmış təhsil şirkətidir.

Handex — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Təhsil mərkəzinin gündəlik fəaliyyətindən mobil telefonla keyfiyyətli video və foto çəkir, montaj bacarığı tələb olunur.

Creative ThinkingAdobe Premiere ProMobile VideographyPhotography+4
Müraciət etAsan müraciətAsan müraciət
Qalan
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Kreativ videoqrafiya və montaj işləri görür, ən azı 1 il təcrübə tələb olunur.

LightingContent PlanningAdobe Premiere ProDaVinci Resolve+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mobiloqraf
Müraciət et