Layihə tapşırıqlarını izləyir, komandaları koordinasiya edir və hesabatlar hazırlayır, Jira bilik tələb olunur
Vakansiya haqqında
Təsvir
- Strateji təşəbbüslər və layihələr üzrə məlumatları toplamaq, sistemləşdirmək və icra vəziyyətini izləmək;
- İllik və orta müddətli strateji planların hazırlanması üçün tələb olunan məlumatların və analitik materialların hazırlanmasına dəstək göstərmək;
- Layihələrin vaxt, büdcə, əhatə dairəsi və nəticə göstəricilərini izləmək, kənarlaşmaları müəyyən etmək və aidiyyəti tərəflərlə dəqiqləşdirmələr aparmaq;
- Layihə planlarının, fəaliyyət cədvəllərinin, status hesabatlarının və digər layihə sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək;
- Layihə risklərini, gecikmələri və icra zamanı yaranan məsələləri qeydiyyata almaq, onların izlənilməsini və vaxtında eskalasiya olunmasını təmin etmək;
- Strateji və layihə göstəriciləri üzrə dövri hesabatlar, analitik cədvəllər və rəhbərlik üçün təqdimat materialları hazırlamaq;
- Layihə və təşəbbüslər üzrə məlumatların düzgünlüyünü, tamlığını və aktuallığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəlişlərin aparılmasını izləmək;
- Trendlər, mövcud bazar dinamikası, rəqib təhlili və müştəri fikirləri barədə təhlil aparmaq və məlumat toplamaq;
- Layihə idarəetmə prosedurlarının, hesabat formatlarının və iş axınlarının tətbiqinə dəstək göstərmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
- Strateji təşəbbüslərin və layihələrin icrası üzrə görüşlərin təşkili, qərarların və fəaliyyətlərin qeydiyyatı və sonrakı izlənilməsini həyata keçirmək;
- Digər bölmə və şöbələrlə koordinasiyalı şəkildə əməkdaşlıq etmək və layihə və strategiya üzrə tələb olunan məlumatların vaxtında təqdim olunmasını təmin etmək.
Tələblər
- Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Strategiya, layihələrin idarə olunması, biznes analitikası və ya müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi;
- Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
- Böyük həcmli məlumatları toplamaq, sistemləşdirmək, təhlil və təqdim etmək, detallara və dəqiqliyə yüksək diqqət yetirmək bacarığı;
- Xüsusilə Microsoft Excel və PowerPoint olmaqla, Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Mürəkkəb məlumatları aydın, strukturlaşdırılmış və yığcam şəkildə təqdim etmək, həm yazılı, həm də şifahi effektiv kommunikasiya bacarıqları;
- Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür;
- Strategiya konsaltinqi, biznes təhlili, strateji planlaşdırma və ya korporativ strategiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
37 açıq vakansiya, 53 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Layihə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
1–2 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştatdır.
Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür.
Həyat yığım sığortası, könüllü tibbi sığorta və uşaqlara məktəb endirimləri təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLayihə meneceri üzrə Bakıda digər açıq elanlar.
Layihələri idarə etmək, büdcə və hesabatları hazırlamaq üçün 3 ildən çox təcrübə tələb olunur
Data analitikası və süni intellekt layihələrini idarə etmək bacarığı tələb olunur.
Layihələrin planlaşdırılması və idarə olunması üzrə təcrübəli mühəndis, Primavera P6 və MS Project proqramlarında bacarıqlı.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




