Elektrik və avtomatika avadanlıqlarının layihələndirilməsi və texniki xidmətində iştirak etmək üçün 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
İstehsalat proseslərinin fasiləsiz və effektiv işləməsində avtomatika sistemlərinin rolu böyükdür. Bu sahədə texniki bilik və təcrübəsinə güvənən mütəxəssisləri AAC MMC komandasına qoşulmağa dəvət edirik!
Əsas vəzifə öhdəlikləri:
- Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməsi;
- Ölçmə, tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmət göstərilməsi;
- Avtomatika və elektronika sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- Baş vermiş texniki xətaların səbəblərinin araşdırılması;
- PLC sistemlərinin konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirində iştirak;
- Avtomatika avadanlıqlarının planlı-xəbərdaredici təmir işlərinin həyata keçirilməsi;
- Avtomatika sistemlərinə aid avadanlıqların gündəlik, aylıq və illik texniki baxış və təmir işlərinin icrası;
- Qazanxana və su təmizləmə sistemlərinin gündəlik nəzarətdə saxlanılmasında iştirak;
- Görülmüş işlərlə bağlı müvafiq texniki sənədləşmənin aparılması.
Namizədə tələblər:
- Avtomatika, elektronika, elektrik və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə iş təcrübəsi;
- PLC sistemləri, idarəetmə kontrollerləri və sənaye avtomatikası üzrə biliklər;
- Elektrik və avtomatika sxemlərini oxumaq və analiz etmək bacarığı;
- Ölçmə, tənzimləmə və siqnallama sistemləri haqqında biliklər;
- Kompüter bilikləri;
- Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Əmək haqqı: 1 200 – 1 500 AZN
İş şəraiti:
- İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
- İş rejimi: 2 növbəli iş qrafiki;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km.
İş 2 növbəli iş qrafiki ilə təşkil olunur.
Əmək haqqı 1 200 – 1 500 ₼ arasında dəyişir.
Bəli, nahar şirkət tərəfindən təmin olunur.
Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi mövcuddur.
Namizədlər öz CV-lərini müraciət formunu dolduraraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAvtomatika və ölçmə texniki üzrə Bakıda digər açıq elanlar.
Zəif axın sistemlərinin quraşdırılması və sazlanması üzrə minimum 1 il təcrübəsi olan texnik axtarılır.
Avadanlıqların təmiri, yığılması və test edilməsində təcrübəli, texniki biliklərə malik mühəndis axtarılır
Kənd təsərrüfatı texnikalarının elektron sistemlərini diaqnostika və təmir edir, 2-3 il təcrübə tələb olunur




