Fasiləsiz istehsalatda mexaniki avadanlıqların təhlükəsiz istismarını təmin edir, AutoCAD bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, təkxətt sxemlərinin, plan və kabel marşrutlarının hazırlanması;
- Elektrik yükləri və digər texniki hesablamaların aparılması;
- Elektrik avadanlıqları, kabellər, qoruyucu qurğular və digər materialların seçilməsi;
- Material və işçilik siyahılarının hazırlanması və sifariş prosesinin koordinasiyası;
- Layihə və texniki sənədlərin hazırlanması və sənədləşmə prosesinin idarə olunması;
- Tikinti və montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi və işlərin təhvil alınması;
- Podratçı və tikinti şirkətləri ilə texniki məsələlərin koordinasiyası;
- Mövcud elektrik sistemlərinə texniki baxışların keçirilməsi və texniki problemlərin həlli;
- Layihələrin icrası zamanı texniki uyğunluğun və təhlükəsizlik tələblərinin təmin edilməsi;
Tələblər:
- Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
- Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə bilik;
- AutoCAD və ya oxşar proqramlarda işləmək bacarığı;
- Adobe Photoshop üzrə praktiki bilik və bacarıqlar əlavə üstünlükdür;
- Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;
- Layihə və texniki sənədlərlə işləmək bacarığı;
- Elektrik avadanlıqları və montaj prosesləri haqqında praktiki bilik;
- Normativ-texniki tələblər barədə ümumi anlayış;
Şəxsi keyfiyyətlər:
- Analitik və sistemli düşüncə;
- Yüksək diqqət və dəqiqlik;
- Texniki problemləri operativ təhlil etmək və effektiv həll etmək bacarığı;
- Yüksək məsuliyyət və iş intizamı;
- Çevik və nəticəyönümlü yanaşma;
- Təhlükəsizlik və keyfiyyət standartlarına riayət;
Şirkətin təklifləri:
- Könüllü tibbi sığorta (sınaq müddətindən sonra);
- Peşəkar və dinamik iş mühiti;
- Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;
- Şirkətdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;
- Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Elektrik mühəndisi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
“Çıraq Plaza” Otel və Biznes Mərkəzi 2010-cu il oktyabr ayından fəaliyyət göstərir. Özünəməxsus memarlıq kompleksi müştəri və icarədarlara göstərilən xidmətlərə yeni keyfiyyət standartlarının tətbiqini təmin edir.
Chirag Plaza — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Elektrik mühəndisi sənaye və bina layihələrini hazırlayır, AutoCAD bilikləri tələb olunur
Tikinti sahəsində işlərin icrasını təmin edən, layihə və təhlükəsizlik biliklərinə malik sahə rəisi.
Enerji təsərrüfatını idarə edir və enerji sistemləri üzrə ali texniki təhsil tələb olunur.




