Elektrik mühəndisi sənaye və bina layihələrini hazırlayır, AutoCAD bilikləri tələb olunur
Vakansiya haqqında
Namizədə tələblər:
- Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
- Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 1-3 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
- Kompüter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit;
- BİM layihələrində iştirakı arzuolunandır;
- Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması;
- Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
İş barədə məlumat:
- İş qrafiki: 09:00-18:00, həftə içi 5 gün;
- Əmək haqqı: 1000-1500 AZN.
- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
CV-ləri uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Xahiş olunur ki, yalnız uyğun namizədlər müraciət etsin.
Şirkət haqqında
Hər bir insan həyatı boyu dəfələrlə ömür yoluna nəzər salır, onu dəyərləndirməyə çalışır, mənalı anları iftixarla və xoş təəssüratlarla xatırlayır, yadda qalmayanların isə üzərindən tez ötüb keçməyə çalışır.
Bakı Dövlət Layihə İnstitutu — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Su və kanalizasiya sistemlərinin layihələndirilməsi və sənədləşdirilməsi üzrə mühəndis axtarılır, AutoCAD bilikləri tələb olunur.
Havalandırma, isitmə və soyutma sistemlərinin layihələndirilməsində iştirak edir və AutoCAD bilikləri tələb olunur
Elektrik təchizatı və zəif cərəyan sistemlərinin layihələndirilməsini və texniki nəzarətini həyata keçirir, AutoCAD bacarığı tələb olunur.


