Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirir, minimum 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 69 M
"Lallemand" Qrupuna daxil olan "AZERMAYA" MMC Azərbaycanda çörəkçilik mayasının yeganə istehsalçısı və regional qida sənayesinə mühüm töhfə verən müəssisədir. Yerli təcrübəni "Lallemand"ın qlobal bilik və bacarıqları ilə birləşdirən şirkət, beynəlxalq standartlara cavab vermək məqsədilə həm ixrac coğrafiyasını genişləndirməyə, həm də istehsalat müəssisələrini modernləşdirməyə davam edir.
Bu vəzifədə əsas öhdəliklər:
- Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi;
- Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi;
- Manometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi;
- Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərrik-lərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələn-mələrin aşkar edilməsi və aradan qaldırılması;
- Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi;
- Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lümi-nissentli çıraqların qurulması.
Aşağıdakıları bilməlidir:
- Xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s. quruluşunu;
- Yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini və üsullarını;
- Rele mühafizəsinə qoyulan tələbləri;
- Elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını;
- Sönən reostatların, avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini;
- Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;
- Universal və xüsusi ləvazimatın quruluşunu;
- Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu;
- Əməyin qorunması qayda və normaları, təhlükəsizliyin, istehsal sanitariya və şəxsi gigiyena, yanğına qarşı təhlükəsizlik qaydaları.
Əlavə məlumatlar:
- Bu vəzifəni tutan şəxs kimə hesabat verməlidir: Birbaşa Baş energetika
- İş yeri: İstehsalat ərazisi; İş vaxtı: hal-hazırda 2 növbəli iş rejimi: 1-ci növbə 08:00-200:00, nahar 1 saat(12:00-13:00); 2-ci növbə 20:00-08:00, nahar etmək üçün şərait yaradılır (nahar verilir)
- Ailə vəziyyəti: Fərq etməz
- Xarici dil bilikləri: Ehtiyac yoxdur
- Təhsili: Peşə (Texniki, elekrik üzrə)
- İdealda hansı vərdişə malik olurlar? Diqqətli, məsuliyyətli və peşəkar
- Hansı iş stajına (səriştəyə) malik şəxslərə üstünlük verilir? 2-3 illik istehsalat təcrübəsi
- Bu vəzifədə hansı keyfiyyət və qabiliyyət tələb olunur (davranış, xarakter xüsusiyyətləri)? Stressə davamlı, kollektivdə işləmək qabiliyyəti
- Hansı distribütor şirkətlərdən və ya tərəfdaş şirkətlərdən namizəd seçilməsini tövsiyə etmisiniz? Zavod və ya fabrikda işləyən
- Namizəd ilə müsahibə keçirilməsi proseduru? İlkin tanışlıq HR müdiri ilə, 1-ci müsahibə Baş energetik və Texniki şöbənin müdiri ilə, 2-ci müsahibə Baş direktor ilə
- Namizədin yaş həddi: 50-55 yaşdan yuxarı olmamaq şərti ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik texniki üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 225 ₼.
22 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik texniki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 69 ünvanındadır.
İş 2 növbəli rejimdədir: 1-ci növbə 08:00-20:00, 2-ci növbə 20:00-08:00, nahar verilir.
2-3 il istehsalat təcrübəsi tələb olunur.
Peşə (Texniki, elektrik üzrə) təhsili tələb olunur.
Diqqətli, məsuliyyətli, stressə davamlı və kollektivdə işləmək qabiliyyəti olmalıdır.
Namizəd 50-55 yaşdan yuxarı olmamalıdır.
Namizəd öz CV-lərini elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik texniki üzrə Bakıda digər açıq elanlar.
Zavodun elektrik şəbəkəsinin istismarı və təmiri üzrə 3 il təcrübəli elektrik texniki tələb olunur
Elektrik avadanlıqların təmiri və quraşdırılması ilə məşğul olur, 3 il təcrübə tələb olunur.
Enerji avadanlıqlarının fasiləsiz işini təmin edir və texniki baxış aparır.



