Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirir, minimum 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
İş yeri: İmişli şəhər
Vəzifə öhdəlikləri
- Quşçuluq fabrikinin elektrik sistemlərinin, elektrik şitlərinin və idarəetmə panellərinin montajını, texniki xidmətini və təmirini həyata keçirmək;
- Müşahidə kameralarının montajını, işlək vəziyyətinə nəzarəti və nasazlıq yarandıqda təmirini təmin etmək;
- Soyuducu sistemlərinin montajı, texniki xidməti və təmirini həyata keçirmək;
- Havalandırma və istilik sistemlərinin quraşdırılmasını, sazlanmasını və təmirini yerinə yetirmək;
- Su nasosları və su təchizatı sistemlərinin elektrik hissələrinin montajını, yoxlanılmasını və təmirini həyata keçirmək;
- Yem sexinin texnoloji avadanlıqlarının elektrik sistemlərinin montajını, texniki xidmətini və nasazlıqlarının aradan qaldırılmasını təmin etmək;
- Kəsim sexinin avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək, montaj və təmir işlərini həyata keçirmək;
- Generatorların quraşdırılması, texniki vəziyyətinin yoxlanılması və təmirini təmin etmək;
- Elektrik mühərriklərini, kabelləri, qoruyucu qurğuları və digər elektrik avadanlıqlarını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Fabrikin digər istehsalat və təsərrüfat sahələrində istifadə olunan elektrik və texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri işlərini yerinə yetirmək;
- Avadanlıqlarda yarana biləcək nasazlıqların qarşısını almaq məqsədilə profilaktik baxış və texniki xidmət işləri aparmaq;
- Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və müəssisədaxili texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
- Yaş həddi: 25–50 yaş;
- Elektrik və ya elektrotexniki sahə üzrə peşə təhsili və ya müvafiq ixtisas biliyi;
- Elektrik sistemlərinin montajı, texniki xidməti və təmiri üzrə iş təcrübəsi;
- Elektrik şitləri, idarəetmə panelləri, elektrik mühərrikləri və üçfazalı elektrik sistemləri ilə işləmək bacarığı;
- Soyuducu, havalandırma, istilik və su nasosları sistemlərinin elektrik hissələrini anlamaq və nasazlıqlarını müəyyən etmək bacarığı;
- Generatorlar, istehsalat avadanlıqları və elektrik qoruyucu qurğuları üzrə praktiki biliklər;
- Ölçü cihazlarından, o cümlədən multimetrlə işləmək və elektrik nasazlıqlarını müəyyən etmək bacarığı;
- Texniki sxemləri oxumaq və elektrik avadanlıqlarının iş prinsipini anlamaq;
- Nasazlıqları operativ müəyyən etmək, düzgün həll yolu seçmək və məsuliyyətli işləmək bacarığı;
- Elektrik təhlükəsizliyi qaydalarını bilmək və onlara ciddi riayət etmək;
- Komandada işləmək, intizamlı olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik texniki üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 225 ₼.
22 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik texniki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri İmişli şəhərində yerləşir.
Yaş həddi 25–50 yaş arasıdır.
Elektrik sistemlərinin montajı, texniki xidməti və təmiri üzrə iş təcrübəsi tələb olunur.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik texniki üzrə Bakıda digər açıq elanlar.
Elektrik avadanlıqlarının texniki baxışını və təmirini standartlara uyğun həyata keçirir.
Xəstəxanada elektrik avadanlıqlarının təmiri və elektrik təhlükəsizliyi qaydalarına riayət etmək tələb olunur
Enerji avadanlıqlarının fasiləsiz işini təmin edir və texniki baxış aparır.


