Vakansiya haqqında

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) proqramı” na qəbul elan edir.

Proqram haqqında qısa məlumat:

"Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) kursları" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir. Proqram, "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında keçirilir və proqramda iştirak edən namizədlərə təlim müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.

Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.

Proqramın müddəti: 21-24 ay

Tədris dili: İngilis dili

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
English, Azerbaijani
Son tarix
20 sentyabr 2026

Şirkət haqqında

"Azərbaycan Hava Yolları" QSC
Airlines and Aviation · Baku

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…

"Azərbaycan Hava Yolları" QSC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç
Göstərilməyib
Hava gəmilərinə texniki xidmət üzrə texnik-mexanik (B-1)
Müraciət et