Metal məhsullarının laborator analizini aparır və 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş haqqında:
- Azroksan MMC keyfiyyətə nəzarət komandasında çalışacaq, məhsul və proseslərin düzgünlüyünü yoxlayacaq, testləri və hesabatları aparacaq, avadanlıqların kalibrlənməsi və material istifadəsini nəzarətdə saxlayacaq keyfiyyətə nəzarət üzrə texnik axtarır.
- Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaqdır.
Əsas vəzifələr:
- İşlərin vizual yoxlamalarının, ölçü yoxlamalarının, kimyəvi, fiziki və funksional testlərin aparılması, qüsurlu işlərin müəyyən edilməsi və hesabatlaşdırılması.
- Satınalma sifarişlərində tələb olunan keyfiyyət sənədlərinin mövcudluğunun və uyğunluğunun yoxlanılması, sənədlərin paylanmasının təmin edilməsi.
- Bölmədə və təchizatçılarda istifadə olunan avadanlıqların və ölçmə dəzgahlarının kalibrləmə vəziyyətinin yoxlanılması, müddəti bitmiş və ya yararsız avadanlığın istifadəsinin qarşısının alınması.
- Qəbul anbarlarında materialların saxlanma və istifadə müddətinin yoxlanılması, istifadə müddəti bitmiş materiallar üzrə laboratoriya ilə əlaqə saxlanılması.
- Bütün yoxlama nəticələrinin Azroksan keyfiyyət sisteminə uyğun hesabatlaşdırılması, qeydiyyata alınması və arxivləşdirilməsi, təlim və sertifikasiya proqramlarında iştirakın təmin edilməsi.
Tələblər:
- Kimya üzrə ali təhsil
- Keyfiyyət yoxlamaları və sənədləşmə sahəsində 1-2 illik təcrübə
- Avadanlıqların kalibrlənməsi və ölçmə proseslərinə dair bilik
- Laboratoriya testləri və funksional sınaqlarla işləmə bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı
- Təlim və sertifikasiya proqramlarında iştirak etməyə hazır olmaq
- Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Keyfiyyətə nəzarət üzrə texnik” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
AZROKSAN LLC
Defense & Space Manufacturing · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
800–900₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Məhsulların keyfiyyətini yoxlayır, sertifikatlara uyğunluğunu təmin edir və hesabatlar hazırlayır.
Maaş göstərilməyib
Anbarda məhsulların keyfiyyətini yoxlayır və keyfiyyətə nəzarət bacarığı tələb olunur
800₼Son gün
Məhsul və xidmətlərin keyfiyyət standartlarına nəzarət edir, keyfiyyətə nəzarət bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət


