Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Qrupun fəaliyyətini həftəlik və aylıq iş planlarına uyğun təşkil etmək, əməkdaşlar arasında iş bölgüsü aparmaq;
  • Qaz sayğaclarının sökülməsi, quraşdırılması, dəyişdirilməsi və plomblaşdırılması işlərinə nəzarət etmək;
  • Çilingər və qaynaqçıların işini əlaqələndirmək, işlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
  • Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, quraşdırılması və təhvil verilməsi prosesini təşkil etmək;
  • Məlumatların toplanmasını və məsafədən ötürülməsini təmin edən avtomatik tənzimləmə qurğularının yoxlanılmasına və sazlanmasına nəzarət etmək;
  • Sayğac dəyişdirilməsi üzrə aktlaşdırma məlumatlarının mobil tətbiq vasitəsilə planşetə və ya mobil cihaza tam və düzgün daxil edilməsini təmin etmək;
  • Sayğac dəyişdirildikdən sonra ölçmə vasitələrinin işlək vəziyyətinin və mümkün qaz sızmalarının yoxlanılmasını təmin etmək;
  • Görülmüş işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və təqdim etmək;
  • Aşkar olunmuş nasazlıqlar, qaz sızmaları, qəza riski və digər təhlükəli hallar barədə aidiyyəti şəxslərə dərhal məlumat vermək;
  • İşlərin əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərinə uyğun aparılmasına nəzarət etmək;
  • Qrupa təhkim olunmuş alət, avadanlıq və nəqliyyat vasitələrinin düzgün istifadəsini və qorunmasını təmin etmək.

Namizədə tələblər

  • Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda minimum 1 il, orta ixtisas təhsili olduqda minimum 2 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Müvafiq kompüter proqramları, planşet və mobil tətbiqlərlə işləmək bacarığı;
  • Məişət qaz cihazlarının texniki istismar qaydalarını bilmək;
  • Ölçmə vasitələrinin normativ tələblərə uyğun quraşdırılması qaydalarını bilmək;
  • Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı üzrə bilik;
  • “Təbii qazdan istifadə Qaydaları”nı, qazdan təhlükəsiz istifadə üzrə təlimatları və qaz şəbəkələrinin təhlükəsiz istismarı qaydalarını bilmək;
  • Komandanın idarə edilməsi, iş bölgüsü, operativ qərarvermə və hesabat hazırlamaq bacarığı;
  • Məsuliyyətli, intizamlı, diqqətli və yüksək təşkilatçılıq qabiliyyəti.

Əlavə məlumat

  • Servis şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: razılaşma əsasında.
  • İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Quraşdırma qrupunun rəhbəri” mövzu başlığı ilə göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

Predsol
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Baku
Predsol — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

1 000–1 2002 gün qalıb

Texnika və avadanlıqların fasiləsiz işləməsini təmin etmək üçün servis komandasını idarə edir və texniki bilik tələb olunur

Team ManagementDocumentation ManagementCost ControlTechnical service management+10
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib6 gün qalıb

Tikinti işlərinin gedişatını idarə edir və təhlükəsizlik qaydalarına riayət etməyi təmin edir.

Project ManagementConstruction SupervisionQuality ControlReporting+8
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Quraşdırma qrupunun rəhbəri
Müraciət et