Tender sənədlərinin hazırlanması və idarə olunması üzrə 5 ildən çox təcrübəsi olan mühəndis.
Vakansiya haqqında
Struktur işləri üzrə sahə mühəndisi
Şirkətimiz davam edən magistral/infrastruktur layihəmizdə struktur işlərinin yerində icrası və koordinasiyasından məsul olacaq Struktur işləri üzrə sahə mühəndisi axtarır.
Üstünlük verilən təcrübə
Şöbə: Sahə / Tikinti
İş tərzi: Tam ştatl - Tikinti Sahəsi
Yer: Laçın rayonu
Təcrübə: Minimum 1 il,
Əmək haqqı: 1500 -2500 AZN
Vəzifə öhdəlikləri
- Layihə çərçivəsində suötürücü boruların, qutu su ötürücü boruların, istinad divarlarının, qanad divarlarının, drenaj konstruksiyalarının, son divarların və digər dəmir-beton konstruksiyaların sahə tətbiqlərini həyata keçirmək,
- Tikintilərin təsdiq edilmiş tətbiq layihələrinə, texniki spesifikasiyalara və iş qrafikinə uyğun olaraq həyata keçirilməsini təmin etmək,
- Sahədə qazıntı, torpaq hazırlığı, dayaq betonu, qəlib işləri, armaturlaşdırma, beton tökmə, su yalıtımı, drenaj və arxa doldurma konstruksiyalarını izləmək,
- Gündəlik və həftəlik sahə işləri cədvəllərini hazırlamaq və onların gedişatını izləmək,
- Ustaların, işçilərin, operatorların və subpodratçı qrupların gündəlik işini təşkil etmək,
- Tikintidən əvvəl lazımi material, işçi qüvvəsi və avadanlıq ehtiyaclarını müəyyən etmək və onların vaxtında tədarükünü təmin etmək,
- Armatur və qəlib işləri tətbiqlərinin layihə detallarına uyğunluğunu yoxlamaq,
- Texniki ofislə əlaqələndirilərək miqdar ölçmələrinin, irəliləyiş ödənişlərinin və faktiki tikinti miqdarlarının monitorinqini dəstəkləmək,
- Gündəlik sahə hesabatları hazırlamaq;
- İşçi heyyətinin, avadanlıqların və istehsal miqdarlarının qeydə alınması,
- İşəgötürənin və məsləhətçinin yoxlamalarında iştirak etmək və tamamlanmış işlərin təhvil verilməsi,
- İşlərin keyfiyyət standartlarına və SƏTƏM qaydalarına uyğun olaraq yerinə yetirilməsini təmin etmək,
- İş qrafikinə uyğun olaraq müxtəlif yerlərdəki strukturların gedişatını izləməklə komanda və avadanlıqların paylanmasını təşkil etmək.
Tələblər
- Tələb olunan ixtisaslar
- Universitetlərin İnşaat Mühəndisliyi fakültələrini bitirmiş olsun,
- Avtomobil yolu, dəmir yolu və ya irimiqyaslı infrastruktur layihələrində təcrübəyə malik olanlara üstünlük verilir,
- Struktur işlərində və dəmir-beton konstruksiyalarda təcrübəyə malik olsun,
- Su ötürücü boruların, istinad divarlarının, drenaj konstruksiyalarının və oxşar dəmir-beton konstruksiyaların tikinti prosesləri ilə tanışlığı olsun,
- Qəlib, armatur, beton və arxa doldurma konstruksiyalarında təcrübəyə malik olsun,
- Tətbiq layihələrini, armatur detallarını və texniki təsvirləri oxuya bilsin,
- Kəmiyyət ölçmələri və sahə ölçmələri sahəsində bilikli olsun,
- AutoCAD və MS Office proqramlarında sərbəst işləyə bilsin,
- Gündəlik və həftəlik iş cədvəllərini hazırlaya və onlara əməl edə bilsin,
- Subpodratçıları və sahə qruplarını idarə edə və istiqamətləndirə bilsin,
- Tələbkar tikinti sahəsinin iş tempinə uyğunlaşa bilsin,
- Güclü planlaşdırma, koordinasiya və problem həll etmə bacarıqlarına sahib olsun,
- Komanda ilə işləmə bacarığı olsun,
Yerləşmə
Laçın
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 500 ₼
Yerləşdirilib
5 sentyabr 2026
Şirkət haqqında
FALCOM MMC
Road construction machine repair service · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
2 000–3 000₼
Tikinti sahəsində SƏTƏM idarəetməsini həyata keçirir və ən azı 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Avadanlıqların 3D modellərini hazırlayır, Autocad və Inventor bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Su və kanalizasiya sistemlərinin layihələndirilməsi və sənədləşdirilməsi üzrə mühəndis axtarılır, AutoCAD bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət

