Vakansiya haqqında

1) Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi:

  • Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması
  • Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması
  • Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi
  • Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət
  • Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi

2) Layihə sənədlərinin nəzərdən keçirilməsi:

  • Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi.
  • Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi
  • Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi.
  • Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi.

3) Tikinti prosesinə nəzarət:

  • Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi.
  • Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi.
  • Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi

4) Müqavilə və maliyyə sənədlərinin texniki baxışı

  • BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması
  • Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi
  • Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək

5) Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi

  • Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi
  • Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi
  • Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi

6) Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya

  • Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi.
  • İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti
  • Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi

7) Hesabatlılıq və idarəçilik dəstəyi

  • Həftəlik və aylıq texniki hesabatların hazırlanması
  • Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.
Yerləşmə
Bakı
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

PMD Projects LLC
Tikinti, Bina tikintisi · Baku
PMD Projects LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Max Print
Middle · 2–3 ilBakı
1 500

Tikinti layihələrini idarə edir, 2-3 il təcrübəsi və layihə idarəetmə bacarığı tələb olunur

Technical Drawing InterpretationQuality ControlRisk ManagementAutoCAD+12
Müraciət etAsan müraciətAsan müraciət
ArchiCO
Senior · 10+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin vaxtında və keyfiyyətlə icrasını təmin edən, 10 ildən çox təcrübəsi olan mütəxəssis.

Construction ManagementQuality ControlTechnical DocumentationTeam Leadership+8
Müraciət etAsan müraciətAsan müraciət
GM Construction
Middle · 5+ ilBakı
Maaş göstərilməyib

Tikinti sahəsində işlərin təşkilini və icrasını təmin edir, 5 il təcrübə tələb olunur.

Construction ManagementQuality ControlTechnical DocumentationAutoCAD+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki nəzarət üzrə baş mühəndis
Müraciət et