Tikinti sahəsində işlərin keyfiyyətli icrasına nəzarət edir və komanda rəhbərliyi bacarığı tələb olunur
Vakansiya haqqında
Əsas Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində işlərin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
- İşçi heyətinin və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
- Gündəlik iş planlarını hazırlamaq və icrasını izləmək;
- Tikinti işlərinin keyfiyyətinə, təhlükəsizlik qaydalarına və əmək mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
- Material, texnika və işçi qüvvəsinin səmərəli istifadəsini təşkil etmək;
- Görülən işlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə qrafikinə uyğun olaraq işlərin vaxtında tamamlanmasını təmin etmək.
Əsas Tələblər:
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Sahə rəisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, layihə sənədləri ilə işləmə bacarığı;
- AutoCAD və Microsoft Office proqramlarında işləmək bacarığı;
- Tikinti proseslərinin planlaşdırılması və idarə edilməsi üzrə biliklər;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şərtləri:
- İş məkanı: Azure Biznes Mərkəzi
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
- Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sahə rəisi” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sahə rəisi üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 1 800 ₼.
10 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sahə rəisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Azure Biznes Mərkəzində yerləşir.
İş həftədə 5 gün, həftəiçi təşkil olunur.
Əmək haqqı namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.
Namizəd mövzu hissəsində “Sahə rəisi” yazmaqla CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSahə rəisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində beton tökmə və möhkəmləndirmə işlərini idarə etmək üçün 5-7 il təcrübə tələb olunur
Tikinti və təmir işlərini idarə edir, texniki çertyojları oxumağı bacarır və 3 il təcrübəsi var.
Tikinti-quraşdırma işlərinə sahədə nəzarət edir, AutoCAD bilikləri və 2 il təcrübə tələb olunur




