Vakansiya haqqında

Vəzifənin adı: Keyfiyyət üzrə böyük mühəndis (Sertifikatlaşdırma üzrə mühəndis)

SOCAR Downstream MMC, Layihələr Departamenti "Keyfiyyət üzrə böyük mühəndis (Sertifikatlaşdırma üzrə mühəndis)" vəzifəsi üzrə vakansiya elan edir

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

Əsas vəzifə öhdəlikləri

    • Podratçının tamamlanma və təhvil-təslim sənədlərini (Completion Management Procedure, System Handover Procedure, sistem və alt sistemlərin bölgüsü və sərhəd limitləri, yoxlama vərəqələri / ITR şablonları, sertifikat formaları) nəzərdən keçirmək və onların layihə tələblərinə uyğunluğu barədə rəy bildirmək;
    • Podratçının Tamamlanmanın İdarə Edilməsi Sisteminin (Completion Management System – CMS) məlumat bazasına nəzarət etmək, avadanlıq tag reyestrlərinin, ITR-lərin, punch list bəndlərinin və sertifikatların düzgün qeydiyyata alınmasını, yenilənməsini və müvafiq sistem və alt sistemlərlə əlaqələndirilərək izlənilə bilməsini təmin etmək;
    • Tikinti mərhələsinə aid (A tipli) və istismara vermə öncəsi mərhələyə aid (B tipli) yoxlama vərəqələrinin / ITR-lərin düzgün doldurulmasını, imzalanmasını və obyektiv sübutlarla (sınaq hesabatları, NDT hesabatları, kalibrləmə qeydləri və s.) təsdiqlənməsini yoxlamaq;
    • Mexaniki tamamlanma üzrə sahə yoxlamalarında (Mechanical Completion Walkdown) iştirak etmək və yoxlamaları müşahidə etmək; Punch List bəndlərinin müəyyənləşdirilməsini, A/B/C kateqoriyaları üzrə təsnifatını və vaxtında aradan qaldırılmasını yoxlamaq;
    • Mexaniki Tamamlanma Sertifikatlarını (MCC), İstismara Verməyə Hazırlıq Sertifikatlarını (RFC), İlkin İşəsalmaya Hazırlıq Sertifikatlarını (RFSU) və Sistem Təhvil-Təslim Sertifikatlarını, eləcə də müvafiq sertifikasiya sənədlərini Şirkətin qəbulundan əvvəl nəzərdən keçirmək və yoxlamaq;
    • Təhvil-təslim dosyelərindəki keyfiyyətə dair qeydlərin tamlığını və izlənilə bilməsini yoxlamaq. Buraya sınaq paketləri (hidrostatik / pnevmatik sınaqlar), qaynaq və NDT qeydləri, material sertifikatları, kalibrləmə sertifikatları və istehsalçı sənədləri daxildir;
    • Hər bir sistem üzrə Uyğunsuzluq Hesabatlarının (NCR), Texniki Sorğuların (TQ), sahə dəyişikliklərinin və faktiki icra vəziyyətini əks etdirən çertyojlar üzrə düzəlişlərin (As-built Mark-ups) sistemin təhvil verilməsindən əvvəl bağlanmasını və ya rəsmi qaydada təhvil verilməsini təmin etmək;
    • Tamamlanma, istismara vermə öncəsi və təhvil-təslim mərhələlərində avadanlıq və sistemlərin konservasiyası (Preservation) ilə bağlı Podratçının qeydlərini yoxlamaq;
    • Yekun sənədləri, İstehsalçı Məlumat Qeydlərini (Manufacturer’s Data Records – MDRs), faktiki icra vəziyyətini əks etdirən çertyojları (As-built Drawings) və Yekun Keyfiyyət Dosyelərini (Final Quality Dossiers) layihənin sənədləşdirmə tələblərinə uyğunluq baxımından nəzərdən keçirmək;
    • Təhvil-təslim ardıcıllığı, sistemlərin prioritetləri və sərhəd limitləri ilə bağlı Tikinti, İstismara Vermə Öncesi / İstismara Vermə, Əməliyyat və Mühəndislik komandaları arasında koordinasiyanı təmin etmək;
    • Tamamlanma prosesi ilə bağlı qeydiyyat jurnallarını və reyestrləri aparmaq və yeniləmək. Buraya sertifikat reyestrləri, Punch List statusu, təhvil-təslim üzrə izləmə cədvəlləri və sənəd dosyelərinin yoxlanılması jurnalları daxildir.

    Namizədə tələblər:

    • Mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi (Mexanika, Elektrik, Avtomatika və cihazlaşdırma, Kimya mühəndisliyi və ya əlaqəli ixtisaslar);
    • Neft-qaz və ya neft-kimya layihələrində tamamlanma və sertifikatlaşdırma, istismara vermə öncəsi işlər və ya QA/QC sahəsində minimum 3 il iş təcrübəsi. Mexaniki tamamlanma və təhvil-təslim mərhələlərini əhatə edən ən azı bir iri EPC layihəsində iştirak təcrübəsi;
    • Mexaniki tamamlanma, istismara vermə öncəsi işlər, sistem əsaslı sertifikatlaşdırma və təhvil-təslim prosesləri üzrə yüksək səviyyədə bilik və anlayış;
    • Tamamlanmanın İdarə Edilməsi Sistemləri (CMS) ilə praktiki iş təcrübəsi, həmçinin MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
    • Neft-qaz və ya neft-kimya sənayesində tətbiq olunan norma, qayda və standartlar (Codes and Standards) barədə məlumatlılıq.
    İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu) Son müraciət tarixi: 25 Noyabr 2026

    SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Heydər Əliyev pr. 121
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 noyabr 2026
Son tarix
26 noyabr 2026
Baxış
93

Şirkət haqqında

SOCAR Downstream Management
5,001-10,000 · Bakı
SOCAR Downstream Management — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 3 il iş təcrübəsi tələb olunur.

Namizəd vakansiya səhifəsində göstərilən link vasitəsilə müraciət etməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Mühəndislik sahəsində bakalavr dərəcəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sertifikatlaşdırma üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.

GMC Consulting
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Layihə sənədlərini və hakedişləri yoxlayır, inşaat mühəndisliyi üzrə 3 il təcrübə tələb olunur

AutoCADTeamworkBill of Quantities (BOQ) analysisProject documentation review+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Ramco MMC
Mütəxəssis · 3+ ilBakı
1 800₼2 gün qalıb

Avtomatika sistemlərinin quraşdırılması və işə salınmasına nəzarət edir, 3 il təcrübə tələb olunur.

Automation system installationElectrical Schematics ReadingProject documentation reviewTechnical Supervision+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Keyfiyyət üzrə baş mühəndis
Müraciət et