Layihələr üzrə iş həcmlərinin hesablanması və smeta tərtibi üçün inşaat mühəndisliyi təhsili tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- Əməkhaqqı: Razılaşma yolu ilə
- İş qrafiki: 5 günlük
Vəzifə öhdəlikləri
- Tikinti və təmir layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması;
- Layihə və işçi cizgiləri əsasında iş həcmlərinin müəyyən edilməsi;
- Tikinti materialları, əmək və mexanizmlər üzrə xərclərin hesablanması;
- Material və xidmətlərin cari bazar qiymətlərinin araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
- Smeta dəyərinin optimallaşdırılması və xərclərin düzgün hesablanmasına nəzarət edilməsi;
- Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin təhlil edilməsi;
- Smeta sənədlərində dəyişikliklərin və əlavə işlərin hesablanması;
- Texniki şöbə və satınalma şöbəsi ilə sıx əməkdaşlıq edilməsi.
Namizədə tələblər
- Smeta mühəndisi vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, smeta tərtibatı prinsipləri barədə biliklər;
- Layihə cizgilərini oxumaq və iş həcmlərini hesablamaq bacarığı;
- Material və tikinti işləri üzrə bazar qiymətlərini araşdırmaq və təhlil etmək bacarığı;
- MS Excel proqramı ilə sərbəst işləmək;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək və işləri vaxtında təhvil vermək bacarığı.
Təklif edirik
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir;
- Peşəkar inkişaf və karyera imkanları;
- Peşəkar komanda ilə işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 5 gün işlənir.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun razılaşma yolu ilə müəyyən edilir.
Smeta mühəndisi vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
Namizəd MS Excel proqramında sərbəst işləməlidir.
Namizəd öz CV-lərini elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Layihə-smeta sənədlərini yoxlayır, tikinti normalarını bilir və 3-5 il təcrübəsi var.
Layihələrin və iş həcmlərinin qiymətləndirilməsini və texniki sənədlərin analizini aparmaq.
Layihə üzrə miqdar ölçmə və maliyyət idarəetməsini aparmaq üçün 8 ildən çox təcrübə tələb olunur


