Layihələrin qiymətləndirilməsini təşkil edir, BOQ hazırlayır və minimum 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin araşdırılması və şirkət iştirakının təmin edilməsi;
- Sifarişçi və potensial müştəri şirkətləri üçün ilkin kvalifikasiya sənədlərinin hazırlanması;
- Bazar qiymətlərinin araşdırılması və analizi;
- Subpodratçı bazasının yenilənməsi;
- Şərtlər toplusunun və layihənin sərbəst incələnməsi;
- Tender sənədlərinin təhlili zamanı meydana çıxan suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
- Layihə hissələrinin aidiyyatı olan departametlərə yönləndirilməsi və ayrılan zaman çərçivəsində məlumatların və qiymət təkliflərinin tolpanması; MEP (Mühəndis sistemləri) / Fasad (Şüşə / Kompozit / Keramika) / Mebel
- Texniki təkliflərin hazırlanması;
- Administrativ təkliflərin hazırlanması;
- İş həcmlərinin yoxlanılması və hazırlama bacarığı; Konstruksiya / Daxili tamamlama / Landşaft / baş plan
- Cizgi və spesifikasiyanı oxuma bacarığı;
- Material siyahısının hazırlanması və satınalma departamentinə yönləndirilməsi, qiymət təkliflərinin zamanında alınması;
- Tikinti hissəsinə aid (dəmir beton, memarlıq, landşaft, daxili tamamlama) detallı maya vahid qiymət dəyərinin hesablanması. Hesabat zamanı – istifadə ediləcək hər bir material sərfiyyatının müəyyən edilməsi;
- Risklərin təyini;
- Tender təklifinin hazırlanması və zamanda təqdim edilməsi;
- Tenderdən sonra təklifin müdafiə edilməsi;
- FHN Resurs sistemi ilə tərtib edilən iş həcmi sisteminin anlayışı və bilikləri
- Tender təklif büdcəsinin formalaşdırılması və icra zamanı büdcənin müdafiəsi
- Tender material və xidmət alış və müqavilə planlamasının təşkili
- Tender cash flow və forecast hesabatlarının hazırlanması.
Tələblər
- Ali təhsil – mühəndis/memar (Tikinti üzrə olması üstünlükdür);
- Azərbaycan, İngilis və Rus dillərini bilmək
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Autocad biliyi;
- Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq;
- Tikinti sahəsi barədə məlumatlı olmaq.
- Rəqabətə davamlı əmək haqqı;
- Bonus və mükafatlandırma sistemi;
- Karyera yüksəlişi imkanları;
- Əlavə təminatlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi tələb olunur.
Rəqabətə davamlı əmək haqqı təklif olunur.
Bonus və mükafatlandırma sistemi, karyera yüksəlişi imkanları və əlavə təminatlar mövcuddur.
Müraciət etmək üçün sənədlərinizi göstərilən e-poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Layihə cizgiləri əsasında iş həcmlərini hesablayır və smeta sənədlərini qiymətləndirir, 7 il təcrübə tələb olunur.
Tikinti layihələrinin smeta və tender sənədlərini hazırlamaq üçün 3 il təcrübəli mühəndis.
Tikinti layihələri üzrə smeta sənədlərini hazırlayır və layihə-smeta işləri üzrə 3 il təcrübəsi var




