Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Minik və yük avtomobillərinə əlavə avadanlıqların quraşdırılması, xüsusilə GPS avadanlıqlarının və yanacaq səviyyəsi sensorlarının quraşdırılması və ya sökülməsi, işləməsinə və texniki vəziyyətinə nəzarət edilməsi
  • Digər avtomobil (zəif cəryan) elektrik avadanlıqlarının (kamera, siqnallar, monitorlar və digər əlaqəli avadanlıqların) quraşdırılması və ya sökülməsi, sınaqların aparılması
  • Elektrik sxemləri ilə işləmək bacarığı
  • Elektrik kabellərinin çəkilməsi və bağlantıların düzgün həyata keçirilməsi
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması
  • Mühəndislərin verdiyi tapşırıqları yerinə yetirmək və gördüyü işlər barəsində onlara hesabat vermək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
  • İcra olunmuş işlər barədə hesabat, təhvil-təslim aktı sənədlərinin hazırlanması

Tələblər:

  • Müvafiq sahə üzrə quraşdırma və problemlərin aradan qaldırılması üzrə 1+ illik təcrübə;
  • 25 yaşdan yuxarı kişi
  • Dəqiqlik, məsuliyyət, çalışqanlıq, texniki savad və ünsiyyət bacarığı;
  • Əl bacrığı ve yeni bacarıqların öyrənilmə həvəsi olmaq
  • Daim təlim almağa meyilli olmaq
  • Səyyar işləmək, müştərilərlə ünsiyyət qurmaq
  • Həvəslə, səbrlə və səliqəli avadanlıqların söküb və təkrar quraşdırma bacarığı
  • Texniki sahədə orta ixtisas və ya ali təhsil
  • Elektrik və ya avtomobil elektrik sistemi üzrə bilik və təcrübə
  • Ölçmə cihazları ilə işləmə bacarığı
  • Əl alətləri (kəsmə, deşmə, pardaqlama və s.) ilə işləmə bacarığı
  • Mexaniki və elektrik birləşmələri ilə bağlı anlayış
  • Avadanlıqların sökülməsi, yığılması və sınaqdan keçirilməsi üzrə təcrübə
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
  • Şəxsi avtomobilin olması üstünlükdür (yanacaq və dövrü texniki xərclər qarşılanır)
  • Ehtiyac olduqda ezamiyyətlərə getməyə hazır olmalı;

İş barədə məlumat:

  • İşin təsviri: Minik və yük avtomobillərinə əlavə avadanlığın quraşdırılması işlərinin həyata keçirilməsi
  • Əmək haqqı: Əmək müqaviləsi əsasında net 700 AZN başlayır, iş həcmlərinə və layihəyə uygun dövrü mükafatlar təmin edilir
  • Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00 (ehtiyac olarsa)
  • İş yeri: Bakı şəhəri
  • Korporativ geyim, alətlər və mobil rabitə xərcləri qarşılanır
  • Təlimlər iştirak

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Əlaqə nömrəsi: 0502907059

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

IOT MMC
İnzibati və dəstək xidmətləri, Təhlükəsizlik xidmətləri · Baku

Xidmətlərimiz: Naviqasiya xidmətləri Məsafədən idarəetmə və ölçmə xidmətləri Təhlükəsizlik xidmətləri

IOT MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Göstərilməyib
Avtomobil elektriki - texnik
Müraciət et