Tikinti işlərinə nəzarət edir, layihəyə uyğunluq və minimum 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Dəmir-beton və metal konstruksiya işlərinin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasını təşkil etmək;
- Qəlib, armatur və beton işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
- Armaturun sinfi, diametri, sayı, addımı, ankerlənmə və bindirmə uzunluqlarının, həmçinin betonun qoruyucu qatının layihəyə uyğunluğunu yoxlamaq;
- Beton tökülməzdən əvvəl qəlib və armatur işlərinin yoxlanılmasında, gizli işlər aktlarının hazırlanmasında iştirak etmək;
- Betonun qəbulu, yerləşdirilməsi, vibrasiya ilə sıxlaşdırılması və beton səthinə qulluğa nəzarət etmək;
- Metal konstruksiyaların montajına, anker boltlarına, boltlu və qaynaq birləşmələrinin layihəyə uyğun icrasına nəzarət etmək;
- Briqada və subpodratçıların gündəlik işlərini əlaqələndirmək, görülən işlərin həcmini yoxlamaq;
- Material tələbatını müəyyənləşdirmək, sahəyə daxil olan materialların uyğunluğunu və sərfiyyatını izləmək;
- Gündəlik iş hesabatlarını hazırlamaq, uyğunsuzluqları qeydə almaq və aradan qaldırılmasını izləmək;
- Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Dəmir-beton və metal konstruksiya işləri üzrə sahədə minimum 3 il iş təcrübəsi;
- Qəlib, armatur, beton və metal konstruksiya montajı prosesləri üzrə praktiki biliklər;
- Layihələri, işçi cizgiləri, armatur və metal konstruksiya spesifikasiyalarını oxumaq bacarığı;
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və təhlükəsizlik tələbləri üzrə biliklər;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- İşçi heyətini idarə etmək, operativ qərar vermək və texniki məsələləri həll etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik və təşkilatçılıq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mühəndis üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 150 ₼.
51 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş qrafiki həftədə 6 gündür.
Minimum 3 il sahə təcrübəsi tələb olunur.
İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil tələb olunur.
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı tələb olunur.
Namizədlər öz CV-lərini göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Layihəçi mühəndis kimi texniki hesablamalar aparır və AutoCAD-də çertyojlar hazırlayır
Səthi örtük və kimyəvi emal proseslərini idarə etmək üçün texniki mühəndislik bacarıqları tələb olunur
Tikinti layihələrində texniki nəzarət aparmaq və minimum 3 il təcrübə tələb olunur



