Vakansiya haqqında

  • Metal Trade MMC sənaye istehsal müəssisəsində fəaliyyət göstərən elektrik sistemləri və avadanlıqlarının diaqnostikası, təmiri və texniki xidməti üçün yüksək təcrübəli 3-fazalı elektrik / güc elektronikası mütəxəssisi axtarır

Vəzifə öhdəlikləri

  • Namizəd aşağıdakı sahələrdə praktiki və peşəkar təcrübəyə malik olmalıdır
  • ⁠3-fazalı AC elektrik sistemləri, yüksək gərginlikli və böyük güclü elektrik dövrələri ilə işləmək;
    • ⁠Güc elektronikası üzrə bilik və praktiki təcrübə;
    • ⁠İnvertor, konverter, düzləndirici (rectifier) və tezlik çeviricilərinin (VFD) diaqnostikası, sazlanması və təmiri;
    • ⁠3-fazalı asinxron və sinxron elektrik mühərriklərinin idarəetmə, qoşulma və qorunma sistemləri;

    -⁠ ⁠Elektrik mühərriklərində və onların idarəetmə dövrələrində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
    • ⁠Rele mühafizəsi, avtomat açarlar, kontaktorlar, termik relelər, faza itkisi və faza ardıcıllığı releləri ilə işləmək;
    • ⁠Elektrik şkafları, idarəetmə panelləri və güc dövrələrinin elektrik sxemlərini oxumaq və nasazlığı sxem üzrə izləmək;
    • ⁠PLC (Proqramlaşdırıla bilən Məntiqi Kontroller) sistemlərinin 3-fazalı güc dövrələri ilə inteqrasiyasını anlamaq və sənaye avtomatlaşdırma sistemlərində nasazlıq axtarışı aparmaq;
    • ⁠Multimetr, meqometr və ossiloqraf vasitəsilə ölçmə və peşəkar diaqnostika aparmaq;
    • ⁠Transformatorlar, elektrik mühərrikləri və digər sənaye elektrik avadanlıqlarında nasazlıqları müəyyən etmək;
    • ⁠Elektrik və elektronika mənşəli nasazlığı mexaniki nasazlıqdan düzgün ayırd edə bilmək;
    • ⁠Sənaye avadanlığında yaranmış nasazlığın səbəbini müəyyən edib yalnız müvəqqəti deyil, texniki cəhətdən düzgün və davamlı həllini tətbiq etmək;
    • ⁠Profilaktik texniki baxış və avadanlıqların elektrik hissəsinin vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək.

    Tələblər

    Təhlükəsizlik üzrə tələblər

    • ⁠Elektrik təhlükəsizliyi qaydalarını yüksək səviyyədə bilməlidir;

    -⁠ ⁠Yüksək gərginlikli sistemlərdə təhlükəsiz iş qaydalarına əməl etməlidir;
    -⁠ ⁠Dielektrik əlcək, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin düzgün istifadəsini bilməlidir;
    -⁠ ⁠İşlədiyi gərginlik sinfinə uyğun elektrik təhlükəsizliyi üzrə müvafiq buraxılış/qrupla bağlı tələblərə cavab verməlidir.

Üstünlük veriləcək namizədlər

  • ⁠Zavod, fabrik, metallurgiya və digər ağır sənaye istehsal müəssisələrində uzunmüddətli praktiki təcrübəsi olan;
    -⁠ ⁠Sənaye istehsal xətləri və böyük güclü elektrik mühərrikləri ilə işləmiş;
    -⁠ ⁠Elektriklə yanaşı elektronika və sənaye avtomatlaşdırmasını yaxşı bilən;
    • ⁠VFD, PLC və sənaye idarəetmə istemlərində real nasazlıqları müstəqil şəkildə tapıb aradan qaldıra bilən;

    -⁠ ⁠Transformator və yüksək güclü 3-fazalı sistemlərlə praktiki iş təcrübəsi olan;
    -⁠ ⁠Uzun illər sahədə çalışmış, nəzəri biliklə yanaşı güclü praktiki usta/mühəndis təcrübəsinə malik şəxslər.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026

Şirkət haqqında

Metal Trade MMC
Wholesaler · Baku
Metal Trade MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Luxoil Company MMC
Middle · 2+ ilBakı
1 500

Sement zavodunda elektrik avadanlıqlarının təhlükəsiz işləməsini təmin edir, minimum 2 il təcrübə tələb olunur.

Preventive MaintenanceEnergy EfficiencyTechnical DocumentationElectrical Safety+7
Müraciət etAsan müraciətAsan müraciət
"Vəliev" MMC
Sumqayıt
1 000–1 500

İstehsalat avadanlıqlarında elektrik nasazlıqlarını aradan qaldırmaq və elektrik sistemləri üzrə bilik tələb olunur.

Cable InstallationPreventive MaintenanceElectrical TroubleshootingElectrical Panel Assembly+3
Müraciət etAsan müraciətAsan müraciət
Foton
Middle · 3–4 ilXızı
Maaş göstərilməyib

Elektrik sistemlərin yoxlanılması, təmiri və yeni avadanlıqların quraşdırılması üçün 3-4 il təcrübə tələb olunur.

Preventive MaintenanceElectrical RepairElectrical SafetyReport Preparation+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sənaye elektrik və elektronika mütəxəssisi
Müraciət et