IT sistemlərinin gündəlik administrasiyası və texniki dəstəyi, Windows və şəbəkə bilikləri tələb olunur.
Vakansiya haqqında
FastNet Technology olaraq, Telekommunikasiya sahəsinə həvəsi olan, şəbəkə texnologiyaları üzrə praktiki biliklər qazanaraq peşəkarlaşmaq istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!
İş formatı: Yarımştat (Ödənişli təcrübə proqramı)
Ünvan: Bakı şəhəri, Xəzər rayonu
Təcrübə müddətində öyrənəcəkləriniz
- Fiber optik şəbəkənin və GPON avadanlıqlarının quraşdırılması, texniki servisi;
- Modem və routerlərin sazlanması və konfiqurasiya olunması;
- Wi-Fi şəbəkəsinin qurulması və analiz edilməsi;
- Daxili və xarici şəbəkə xətlərinin çəkilməsi, fiber optik kabellərin montajı və optik qaynaq işləri;
- Şəbəkə qutularının (rack) montaj/demontajı və konnektorların montajı;
- Şirkətin fəaliyyət göstərdiyi ərazilər üzrə yaranmış texniki problemlərin operativ həlli;
- Peşəkar heyətin rəhbərliyi ilə tapşırıqların vaxtında və lazımi səviyyədə icrası.
Namizədə qarşı tələblər
- İnformasiya Texnologiyaları (IT), Telekommunikasiya, Rabitə və ya digər əlaqəli ixtisaslar üzrə təhsil alan və ya məzun olmuş namizədlər;
- Şəbəkə texnologiyalarına və sahə (field) işlərinə yüksək maraq və həvəs;
- Yeni texnologiyaları sürətlə öyrənmək və tətbiq etmək qabiliyyəti;
- Problemləri müəyyənləşdirmək və həll etmək yönümlü düşüncə;
- Öyrənməyə həvəsli, məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik
- Ödənişli təcrübə proqramı;
- Real layihələrdə və sahə işlərində praktiki iş təcrübəsi;
- Peşəkar mühəndis və texnik heyəti ilə birbaşa çalışaraq zəngin təcrübə qazanmaq imkanı;
- Uğurlu namizədlər üçün təcrübə proqramından sonra daimi iş imkanı;
- Peşəkar iş mühiti.
CV-nizi mövzu hissəsində "Texnik vəzifəsi üzrə Ödənişli Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
IT sistemlərinin gündəlik texniki dəstəyini göstərir və Windows əməliyyat sistemini yaxşı bilir
Kamera, siqnalizasiya və zəif axın sistemlərinin quraşdırılması və tənzimlənməsində 2-3 il təcrübəsi olan texniki mühəndis.
