Tikinti layihələrinin sənədləşdirilməsi və işlərin izlənməsi üzrə texniki dəstək göstərir, AutoCAD bacarığı tələb olunur.
Vakansiya haqqında
İşin Məzmunu:
- Texniki sənədlərin hazırlanması (NFİ, MAR, MS və s.) və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi;
- Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun olaraq Forma 2 və Forma 3-ün tərtib olunması;
- Görülmüş işlərin təhvil-təslim aktlarının tərtib olunması;
- Əməkdaş şirkətlərlə texniki danışıqların aparılması;
- Rəhbəri tərəfindən vəzifəyə uyğun verilən tapşırıqların icrası.
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə günü: 09:00-13:00-dək);
- Əmək haqqı: 1000 AZN +;
- İş yeri: Bakı şəhəri. N.Nərimanov., A.Aqarunov 3-9
Namizədə tələblər:
- İnşaat sahəsində ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (arzuolunandır);
- AutoCAD, Word, Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
- Xanım namizədlərə üstünlük verilir.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Texniki ofis mühəndisi” qeyd etməklə göndərə bilərlər.
Şirkət haqqında
“PRO CON izo” şirkəti olaraq 2011-ci ildən bu günə kimi hər zaman müştəri məmnuniyyəti, keyfiyyətli xidmət, dürüstlük və səmimiyyət çərçivəsində fəaliyyət göstərmişik.
Pro Con izo MMC — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Su və kanalizasiya sistemlərinin layihələndirilməsinə rəhbərlik edir, hidravlik hesablamalar üzrə bilik tələb olunur.
Struktur komandanı idarə edir, texniki rəsmləri yoxlayır və layihə tələblərinə cavab verir.
İsitmə, ventilasiya və kondisionerləşdirmə sistemlərini layihələndirmək üçün mühəndis tələb olunur.




