Maşın və avadanlıqların avtomatik işləməsini təmin etmək üçün texniki xidmət göstərir və problemləri həll edir
Vakansiya haqqında
Tələblər:
- İxtisas: Maşınqayırma, mexanika mühəndisliyi, mexatronika və ya müvafiq mühəndislik sahələri üzrə təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Xarici dil bilikləri: Rus, türk və ingilis dillərini bilmək arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Word və Excel); SolidWorks, AutoCAD proqramlarında işləmək bacarığı;
- Inventor, CATIA, UG NX, Pro/ENGINEER kimi 3D modelləşdirmə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
- ANSYS proqramı üzrə biliklərə malik olmaq üstünlükdür. Texniki çertyojların hazırlanması, oxunması və təhlili bacarığı;
- Yerli və beynəlxalq standartlar (DÜST, EN, ISO, API, AWWA və s.) üzrə biliklər;
- Layihələrin hazırlanması, icrası və təqibi prosedurları barədə məlumatlılıq;
- Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarığı. sadece bu daha yigcam
Vəzifə öhdəlikləri
- İstehsal olunacaq məhsul və detallar üzrə bütün zəruri texniki çertyojların hazırlanması, rəsmiləşdirilməsi və istehsalata təqdim edilməsi;
- Yeni və innovativ məhsulların hazırlanması məqsədilə texniki araşdırmaların aparılması, detalların layihələndirilməsi və texniki təhlilinin həyata keçirilməsi;
- Detalların və montaj vahidlərinin texniki xüsusiyyətlərinin müəyyən edilməsi, müvafiq texniki sənədlərin və hesabatların hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Layihələndirilən məhsulların yerli və beynəlxalq standartlara (DÜST, EN, ISO, API, AWWA və s.) uyğunluğunun təmin edilməsi;
- İstehsalat və emalatxana əməkdaşları ilə sıx əməkdaşlığın qurulması, istehsal prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak edilməsi;
- Qəlibləmə prosesləri üçün modellərin, qəliblərin və içliklərin layihələndirilməsi;
- Yeni sifariş olunan məhsulların ölçülərinin götürülməsi, texniki parametrlərinin müəyyənləşdirilməsi və prototiplərin hazırlanması;
- Məhsulların konstruktiv təkmilləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
- Hazırlanmış layihələrin texniki tələblərə və istehsalat imkanlarına uyğunluğunun yoxlanılması; Şöbə rəhbəri tərəfindən verilən digər texniki tapşırıqların icrasında fəal iştirak edilməsi.
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
- İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Texniki dizayner” başlığı ilə CV göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki mütəxəssis üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 900 ₼.
29 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müasir texnologiyalara əsaslanan və eksport potensialına malik yüksək keyfiyyətli sənaye məhsulların istehsalı. | ENG: "Azertexnolayn" LLC founded in February 2012, was the first resident in Sumgait Chemical Industrial Park ( SCIP) which…
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftənin 5 günü, 09:00-18:00 saatları arasında işlənir.
Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1, Sumqayıt Kimya Sənayə Parkı.
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçE-poçt mövzusu “Texniki dizayner” olmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki mütəxəssis üzrə Sumqayıtda digər açıq elanlar.
Fiber optik və şəbəkə avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, 2-3 il təcrübə tələb olunur
Aviaşirkətin proqram təminatına texniki dəstək göstərir və layihələrin inteqrasiyasını həyata keçirir
Layihə sənədlərini və hakedişləri yoxlayır, inşaat mühəndisliyi üzrə 3 il təcrübə tələb olunur




