Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi, həftənin şənbə günü natamam iş günüdür.
Əsas vəzifələr:
- HVAC (istilik, havalandırma və kondisionerləşdirmə) sistemlərinin BOQ-ların ( “Bill of Quantities”, hər bir layihədə görüləcək işlərin, istifadə olunacaq materialların, xidmətlərin və onların ölçü vahidlərinin detallı şəkildə cədvəl halında təsviri)qiymətləndirilməsi
- Müştəri tələblərini analiz etmək, uyğun məhsul və həlləri təklif etmək
- ERP sistemində işləmək bacarığı arzuolunandır. (Proqram iş prossesində öyrədilir)
- Layihələrin gedişatını izləmək və hesabatların hazırlanmasına dəstək vermək
- Layihələrin hazırlanması üçün qiymət araşdırması.
- Təchizat və podratçılarla ilkin əlaqə və yazışmaların təşkili
- Servis xidmətləri və ehtiyat hissələrinin satışı
- Satış sonrası müştəri dəstəyi və əlaqələrin idarə olunması
- Rusiya, Ukrayna və Belarus tərəfdaşlarla peşəkar ənəkdaşlığın qurulması
Tələblər:
- Mühəndis sistemləri sahəsində iş təcrübəsi
- Mühəndis avadanlıqları və sistemləri barədə texniki biliklər
- Azərbaycan dili – əla, rus dili- əla, İngilis dili arzuolunandır.
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklər (məlumatların təhlili, cədvəllər, hesabatlar)
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
Diqqət: Ancaq tələblərə uyğun namizədlərin müraciətləri dəyərləndiriləcəkdir.
Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcəkdir.
Təklif etdiklərimiz:
- Rəqabətə uyğun əmək haqqı
- Satış nəticələrinə əsasən bonus sistemi
- Daimi təlim və inkişafa dəstək
- Peşəkar və dost mühitdə iş imkanı
CV-lərinizi mövzu hissəsində “Mühəndis sistemləri üzrə satış mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Satış proseslərini koordinasiya edir, satış göstəricilərini təhlil edir və təlimlər keçirir.
Direktorun rəsmi sənədlərini hazırlayır, görüşləri təşkil edir və sənədləşməni idarə edir.
Daxili satış strategiyalarını dəstəkləyir və satış məlumatlarını təhlil edir, 2 il təcrübə tələb olunur.




