Sənəd dövriyyəsinin təşkili ilə məşğuldur və kargüzarlıq üzrə biliklər tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Əmək Müfəttişliyi və digər dövlət qurumlarından daxil olan məktub, sorğu, bildiriş və digər sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;
- Bölmə tərəfindən Əmək Müfəttişliyinə və digər qurumlara göndərilən məktub və sənədlərin hazırlanması, qeydiyyatının aparılması;
- Daxil olan sorğuların icra müddətlərinin izlənilməsi, tələb olunan sənəd və məlumatların toplanması və cavab məktublarının vaxtında hazırlanmasının təmin edilməsi;
- Sənədlərin elektron və kağız formada sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Əmək Müfəttişliyi tərəfindən verilmiş göstəriş, tələb və tövsiyələrin qeydiyyata alınması və icra vəziyyətinin izlənilməsi;
- Rəhbərliyə icrada olan, gecikmiş və tamamlanmış sənədlər barədə hesabatların hazırlanması;
- Yoxlama və auditlər zamanı tələb olunan sənədlərin toplanması və təqdim edilməsinə dəstək;
- Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş qaydalara uyğun saxlanılmasının təmin edilməsi;
- Bölmənin sənəd dövriyyəsi üzrə elektron reyestrlərin və icra cədvəllərinin aparılması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sənədləşmə, kargüzarlıq, sənəd dövriyyəsi və ya aidiyyəti sahədə ən azı 1–2 il iş təcrübəsi;
- Rəsmi məktubların və cavab məktublarının hazırlanması bacarığı;
- Dövlət qurumları ilə rəsmi yazışmaların aparılması barədə anlayış;
- Əmək qanunvericiliyi və əməyin mühafizəsi sahəsində ümumi məlumatlılıq;
- MS Office, xüsusilə Word və Excel proqramlarını yaxşı bilməsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq;
- Məsuliyyətli, diqqətli və operativ olması;
Üstünlükdür: Əmək Müfəttişliyi, Dövlət Əmək Müfəttişliyi və ya digər dövlət qurumları ilə yazışmalar və sənəd dövriyyəsi üzrə iş təcrübəsi.
İş barədə məlumat
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I–V günlər, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 5-ci bina
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi / Sənədləşmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Şirkət haqqında
GESCO ASC, 26.05.2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı əsasında fəaliyyətə başlamışdır. Əvvəllər az sayda əməkdaşları olan şirkət, hazırda 2400-dən çox işçi ilə peşəkar mühafizə xidmətini təqdim edir.
GESCO ASC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mühasibat sənədlərinin hazırlanması və ERP sistemində uçot aparmaq üçün 1-2 il təcrübə tələb olunur.
Müştərilərlə kommunikasiya və layihə koordinasiyası aparır, güclü kommunikasiya bacarığı tələb olunur.
Daxil olan və çıxan sənədlərin qeydiyyatını aparır, MS Office bacarığı tələb olunur.



