Mexaniki və texnoloji avadanlıqların istismarı və təmirini təşkil etmək üçün texniki bilik tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Tikinti layihələri üzrə texniki sənədləşmə işlərini həyata keçirmək;
- Layihə çertyojlarını və texniki sənədləri nəzərdən keçirmək, uyğunluğunu yoxlamaq;
- Tikinti-quraşdırma işlərinin həcmlərini hesablamaq və smeta sənədlərini hazırlamaq;
- Görülmüş işlər üzrə Forma-2 sənədlərini hazırlamaq və podratçılardan daxil olan sənədləri yoxlamaq;
- Faktiki iş həcmlərini layihə və smeta göstəriciləri ilə müqayisə etmək;
- Podratçı və subpodratçıların təqdim etdiyi iş həcmlərinə və ödəniş sənədlərinə (hakediş) nəzarət etmək;
- Satınalma sifarişlərinin, müqavilələrin və ödəniş sənədlərinin müvafiq prosedurlara uyğunluğunu izləmək;
- Texniki hesabatların, aktların və digər layihə sənədlərinin hazırlanmasını təmin etmək;
- Layihə rəhbərləri, sahə mühəndisləri və digər struktur bölmələri ilə koordinasiyalı işləmək;
- Texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizədə tələblər
- Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum 3 il iş təcrübəsi;
- Layihə çertyojlarını oxumaq və iş həcmlərini hesablamaq bacarığı;
- Smeta və Forma-2 sənədlərinin hazırlanması üzrə praktiki təcrübə;
- Podratçıların iş həcmlərinin və ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər;
- AutoCAD və MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
AutoCAD və MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı tələb olunur.
Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil tələb olunur.
Smeta və Forma-2 sənədlərinin hazırlanması üzrə praktiki təcrübə tələb olunur.
Bəli, podratçıların iş həcmlərinin və ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki sənədləşmə üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələri üzrə texniki hesabatlar hazırlamaq və 2-3 il təcrübə tələb olunur
Tikinti işlərinə nəzarət edir, layihəyə uyğunluq və minimum 5 il təcrübə tələb olunur
Tikinti layihələri üzrə smeta sənədlərini hazırlayır və layihə-smeta işləri üzrə 3 il təcrübəsi var




