Tikinti sahələrində topoqrafik və geodezik ölçmələr aparmaq üçün 3-5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
- Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi;
- Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi;
- Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması;
- Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak;
- Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi;
- Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi;
- Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi.
Namizədə tələblər:
- Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir;
- Müvafiq işdə minimum 1 il təcrübə;
- Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq;
- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
- Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq;
- Texniki düşüncə və diqqətli olmaq.
- AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür.
İş şəraiti:
- İş yeri: Güzdək qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf köməkçisi (Güzdək)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Topoqraf üzrə bazar adətən 800–1 700 ₼ ödəyir, median — 1 500 ₼.
9 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Topoqraf kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Güzdək qəsəbəsindədir.
İş həftədə 6 gündür.
Əmək haqqı 800 ₼-dir, bilik və təcrübəyə əsasən təyin olunur.
Minimum 1 il müvafiq sahədə təcrübə tələb olunur.
Namizəd CV-ni mövzu hissəsində “Topoqraf köməkçisi (Güzdək)” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTopoqraf üzrə Bakıda digər açıq elanlar.
Tikinti sahəsində topoqrafik və geodeziya ölçmələrini aparmaq üçün 3 il təcrübə tələb olunur
Tikinti layihələrində ölçmə işləri aparmaq və AutoCAD proqramını bilmək tələb olunur
MEP işləri üzrə topoqrafik ölçmələr aparır və layihə çertyojlarını oxumağı bacarır.



