1C proqram təminatının funksionallığını idarə edir və biznes tələblərini təhlil edir.
1C proqramçısı
Vakansiya haqqında
ABV şirkəti komandamıza qoşulacaq, 1C sisteminin idarə olunması, təkmilləşdirilməsi və texniki dəstəyi üzrə bilik və təcrübəyə malik 1C proqramçısı axtarır.
Vəzifə öhdəlikləri:
- 1C proqram təminatının hazırlanması, təkmilləşdirilməsi və optimallaşdırılması;
- Mövcud 1C sistemində dəyişikliklərin və yeni funksionallıqların tətbiqi;
- İstifadəçilərdən daxil olan texniki sorğuların araşdırılması və həll edilməsi;
- 1C sistemində yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
- Digər proqram təminatları və sistemlərlə inteqrasiyanın həyata keçirilməsi;
- Hesabatların, sorğuların və emal mexanizmlərinin hazırlanması;
- Sistemin fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsi;
- Mövcud sistemin kodunun təhlili və texniki sənədləşdirmənin aparılması.
Namizədə tələblər:
- Ali təhsil (İT və ya müvafiq texniki sahə üzrə olması üstünlükdür);
- 1C proqramlaşdırılması üzrə minimum 5-7 il iş təcrübəsi;
- 1C platforması üzrə praktiki biliklər;
- 1C daxili proqramlaşdırma dili və sorğularla işləmək bacarığı;
- SQL və verilənlər bazası ilə işləmək bilikləri;
- İnteqrasiya mexanizmləri və API ilə işləmək bacarığı üstünlükdür;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Tam iş günü;
- İş formatı: Ofisdən;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “1C Proqramçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. 1C proqramçı üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 800 ₼.
4 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
1C proqramçı kimi öz maaşını yoxlaŞirkət haqqında
Araznet ”MMC" mənsub olduğu fəaliyyət sahəsində Azərbaycan bazarında qabaqcıl şirkətlərdən biridir. Araznet ”MMC" 01.08.2014 tarixindən fəaliyyətə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş qrafiki tam iş günüdür.
İş ofisdən həyata keçirilir.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
CV-lər mövzu hissəsində “1C Proqramçısı” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalar1C proqramçı üzrə Bakıda digər açıq elanlar.
1C proqramında məlumatları emal edir, satışları analiz edir və hesabatlar hazırlayır.
Mövcud 1C həllərini inkişaf etdirmək və texniki problemləri həll etmək üçün 3 il təcrübəli 1C proqramçısı.




