Vakansiya haqqında

Mobil texnologiyalarla işləməyi və müasir, təhlükəsiz həllər yaratmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza Android Developer kimi dəvət edirik.

Bu rolda Android tətbiqlərinin hazırlanması və təkmilləşdirilməsi, yeni funksiyaların əlavə edilməsi və müştərilər üçün təhlükəsiz, etibarlı və yüksək performanslı mobil təcrübənin yaradılmasında iştirak edəcəksiniz.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və komanda ilə işləmək bacarığına sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Kotlin istifadə edərək Android SDK modullarını layihələndirmək, hazırlamaq və dəstəkləmək.
  • Clean Architecture prinsiplərindən istifadə etmək və miqyaslana bilən kod bazasının saxlanılmasına töhfə vermək.
  • Modular və multi-module layihə strukturunun hazırlanmasında və dəstəklənməsində iştirak etmək.
  • REST API və real vaxt rejimində kommunikasiya üçün WebSocket vasitəsilə backend servisləri ilə inteqrasiya etmək.
  • Certificate Pinning və End-to-End Encryption daxil olmaqla təhlükəsiz kommunikasiya mexanizmlərini tətbiq etmək.
  • ProGuard/R8 qaydalarını konfiqurasiya etmək və Consumer ProGuard qaydaları ilə SDK obfuscation prosesini idarə etmək.
  • SDK versiyaları arasında binary compatibility və API sabitliyini təmin etmək.
  • Effektiv debugging vasitəsilə mürəkkəb xətaları və performans problemlərini müəyyənləşdirmək və həll etmək.
  • Code review proseslərində iştirak etmək və Android proqramlaşdırmasında ən yaxşı təcrübələrin tətbiqinə töhfə vermək.
  • SDK sənədlərini hazırlamaq və daxili tətbiq komandalarına inteqrasiya dəstəyi göstərmək.

Tələblər

  • Kotlin istifadə edərək Android proqramlaşdırması sahəsində 3+ il peşəkar iş təcrübəsi.
  • Clean Architecture üzrə möhkəm anlayış və praktiki iş təcrübəsi.
  • Modular arxitektura və böyük miqyaslı layihələrlə iş təcrübəsi.
  • Asinxron əməliyyatlar üçün Kotlin Coroutines və Structured Concurrency üzrə güclü bilik.
  • Android networking (REST API, authentication, WebSocket) üzrə güclü bilik.
  • Real-time sistemlər və ikitərəfli kommunikasiya ilə iş təcrübəsi.
  • ProGuard/R8 konfiqurasiyası və SDK obfuscation strategiyaları üzrə iş təcrübəsi.
  • Public API-lər üçün binary compatibility və semantic versioning üzrə anlayış.
  • Transitive dependency-lərin idarə edilməsi və versiya konfliktlərinin həlli üzrə təcrübə.
  • Güclü debugging və problem həll etmə bacarıqları.
  • Əla kommunikasiya və əməkdaşlıq bacarıqları.

Təhlükəsizlik tələbləri:

  • Certificate Pinning (OkHttp CertificatePinner, Network Security Config) tətbiqi üzrə təcrübə.
  • End-to-End Encryption tətbiqi prinsipləri üzrə bilik.
  • Təhlükəsiz lokal məlumat saxlama (EncryptedSharedPreferences, Android Keystore) üzrə təcrübə.
  • Təhlükəsiz token idarəetməsi və session handling üzrə anlayış.
  • Təhlükəsiz logging praktikaları və həssas məlumatların sızmasının qarşısının alınması üzrə bilik.
  • Input validation və sanitization texnikaları üzrə bilik.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Son tarix
22 noyabr 2026
Baxış
454

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Kotlin istifadə edərək Android proqramlaşdırması sahəsində minimum 3 il peşəkar iş təcrübəsi tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Android developer üzrə Bakıda digər açıq elanlar.

FitNest
Yeni başlayanBakı
Maaş göstərilməyib

Android tətbiqlərinin hazırlanması və təkmilləşdirilməsi üçün Kotlin və Jetpack Compose bilikləri tələb olunur

Jetpack ComposeREST APIGitJSON+5
Müraciət et
Bir
MütəxəssisBakı
Maaş göstərilməyib5 gün qalıb

iOS tətbiqlərinin hazırlanması və təkmilləşdirilməsi üçün Swift proqramlaşdırma bacarığı tələb olunur.

Code ReviewTest AutomationClean ArchitectureModular Architecture+11
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Android developer
Müraciət et