Backend Developer rolunda Siz bütün məhsullarımızı gücləndirən xidmətləri inkişaf etdirmək, təkmilləşdirmək və genişləndirmək üçün funksional komandamızda işləyəcəksiniz.
Vəzifə öhdəlikləri
- Yeni RESTful servislərin yazılması, təkmilləşdirilməsi və aktual olanların dəstəklənməsi
- Rest API-ların Swagger ilə dokumentasiyası
- Streaming Analytics platformaya dəstək, yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi
- Müştəri davranışının real zaman anında məlumat axını şəklində qurulması, dəstəklənməsi və təkmilləşdirilməsi
- Backend servislərin və API-lərin hazırlanması və texniki dəstəyinin göstərilməsi
- Yüksək keyfiyyətli proqram təminatının hazırlanması üçün Tech Lead və komanda üzvləri ilə sıx əməkdaşlıq
- Ən yaxşı təcrübələrə (best practices) uyğun təmiz, səmərəli və yaxşı test edilmiş kodun yazılması
- Backend tətbiqlərinin performansının optimallaşdırılması və etibarlılığının təmin edilməsi
- Məlumatların effektiv idarə olunmasının və verilənlər bazası miqrasiyalarının təmin edilməsi
- Kodlaşdırma, test və deploy proseslərində ən yaxşı təcrübələrin tətbiqi və onlara riayət olunması
- Sistemin stabil işləməsini təmin etmək üçün production mühitində yaranan problemlərin araşdırılması, həlli və texniki dəstəyin göstərilməsi
Tələblər
- Java developer kimi ən azı 2-3+ il iş təcrübəsi
- Java 8 və daha yuxarı versiyalar ilə təcrübə
- OOP, Design Patterns və Microservice Architecture Patterns üzrə möhkəm anlayış
- RESTful servislərlə (Spring Boot) iş təcrübəsi
- CI/CD prosesləri üzrə iş təcrübəsi
- RDBMS verilənlər bazaları (Oracle, PostgreSQL) ilə iş təcrübəsi
- Güclü kommunikasiya bacarıqları: Azərbaycan dilində sərbəst danışıq; yaxşı səviyyədə ingilis dili biliyi üstünlükdür
- Linux üzrə əsas biliklər
- Web serverlərlə (Apache Tomcat) iş təcrübəsi
- Docker və Kubernetes üzrə biliklər
- Mesaj brokerləri (Apache Kafka, RabbitMQ və s.) ilə iş təcrübəsi
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit