Yüksək yüklü backend sistemlərini Java və Spring Boot ilə dizayn edib hazırlamaq bacarığı tələb olunur
Backend proqramçı
Vakansiya haqqında
Vakansiyanın tələbləri:
- Proqram təminatının hazırlanması üzrə 2 il;
- İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Java proqramlaşdırma dili üzrə biliklər;
- Clean code prinsipləri üzrə biliklər;
- Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər
- ORM (Hibernate) bilikləri;
- GIT ilə işləmə bacarığı;
- Microservice arxitekturası haqında biliklər, Rest API, SOAP üzrə bacarıqlar
- Verilənlər bazaları (SQL, MySql, Postgresql) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
- Message Brokerlər (RabbitMQ və s.) ilə iş təcrübəsi arzuolunandır;
- Unit və integration testlər üzrə biliklər
- Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür;
- Problem həll etmə və analitik düşüncə.
Vəzifə öhdəlikləri:
- Mövcud məhsullar üçün yeni funksionallıqların əlavə edilməsi;
- Mövcud funksionallıqların araşdırılması və onlara texniki dəstəyin göstərilməsi;
- Dokumentasiya əsasında RESTful və SOAP üzərindən digər thirdparty servislərin qoşulmasında iştirak etmək;
- Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması;
- Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Backend developer üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 050 ₼.
15 açıq vakansiya, 102 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Backend developer kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən…
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək işləmək tələb olunur.
İş yeri Bakı şəhərindədir.
Proqram təminatının hazırlanması üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Java proqramlaşdırma dili üzrə biliklər tələb olunur.
Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security, ORM (Hibernate), GIT, Microservice arxitekturası, REST API, SOAP, SQL, MySQL, PostgreSQL, Unit və integration testlər üzrə biliklər tələb olunur.
Azərbaycan və İngilis dillərini yaxşı bilməli, Rus dili üstünlükdür.
CV göndərilməlidir və vakansiyanın adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBackend developer üzrə Bakıda digər açıq elanlar.
Back-end proqramlaşdırma dillərindən istifadə edərək dayanıqlı və təhlükəsiz proqram təminatı hazırlamaq tələb olunur
Enterprise workforce management platform üçün backend proqram təminatı hazırlamaq və Python bilikləri tələb olunur
Backend sistemləri qurur, saxlayır və Go proqramlaşdırma dilində təcrübəyə malikdir.
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?





