Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Yeni beynəlxalq istehsalçıların, tərəfdaşların və brendlərin araşdırılması və şirkətə cəlb edilməsi.
- Dərman vasitələri, tibbi məmulatlar, parafarmasevtik məhsullar üzrə bazar araşdırmalarının aparılması və yeni məhsul portfelinin formalaşdırılması.
- Potensial tərəfdaşlarla ilkin əlaqələrin qurulması, onlayn və fiziki görüşlərin təşkili, şirkətin təqdimatının keçirilməsi.
- Xarici istehsalçılarla kommersiya danışıqlarının aparılması və əməkdaşlıq şərtlərinin müzakirə olunması.
- Məhsullar üzrə qiymət hesablamalarının, satış proqnozlarının, biznes planlarının və kommersiya təkliflərinin hazırlanması.
- Yeni məhsulların qeydiyyatı, bazara çıxarılması və kommersiyalaşdırılması prosesində şöbələr arası koordinasiyanın təmin edilməsi.
- İllik satış proqnozlarının və məhsul inkişaf planlarının hazırlanması.
- Bazar, rəqiblər, qiymətlər və məhsul portfeli üzrə analitik hesabatların hazırlanması.
- Beynəlxalq sərgilərdə, konfranslarda və istehsalçılarla görüşlərdə şirkəti təmsil etmək.
- Mövcud tərəfdaşlarla davamlı əlaqələrin saxlanılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi.
- İngilis və rus dillərində rəsmi yazışmaların, təqdimatların və hesabatların hazırlanması.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
- Ali təhsil (əczaçılıq, tibb və ya biznes sahələri üzrə üstünlükdür).
- İngilis dili sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı.
- Analitik düşüncə, ünsiyyət və təqdimat bacarıqları.
- Danışıqlar aparmaq və kommersiya yazışmalarını hazırlamaq bacarığı.
- Xarici ezamiyyətlərdə və beynəlxalq sərgilərdə iştirak etməyə hazır olmaq.
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta və nahar; Peşəkar təlim və inkişaf imkanları; Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilər V-ni “mövzu” hissədə Biznesin İnkişafı üzrə mütəxəssis qeyd etməklə [email protected] e-mail elektron ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek…
Zeytun Pharmaceuticals — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti materiallarının satınalmasını həyata keçirir və bazar araşdırması aparmaq bacarığı tələb olunur.
Təchizat və satınalma proseslərini idarə edir, ticarət danışıqlarında təcrübə tələb olunur.
IT məhsullarını öyrənib müştərilərə texniki satış üzrə dəstək verir, analitik düşüncə tələb olunur.




