Şirkətin məhsullarını apteklərdə tanıtmaq və satış strateqiyasını inkişaf etdirmək üçün təcrübəli satış bacarığı tələb olunur.
Vakansiya haqqında
Şirkət: Sun Food MMC
Tələblər
- Qida mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq;
- İngilis və rus dili biliyi üstünlükdür
- Çalışacağı iş yerləri və öhdəlikləri nəzərə alaraq Xanım namizəd tələb olunur
Vəzifə və öhdəliklər
- Müqayisəli satış və bazar payı hesabatlarının yoxlanılması;
- Yeni xammalların demo göstərilərək istehsalçılar tərəfindən istifadəsinə dəstək verilməsi;
- Sektordakı xammal hərəkətlərinin araşdırılması, istehsalçıların istəyinə uyğun xammal tələbini aidiyyatı şöbə ilə paylaşaraq dəstək olunması;
- Yeni tanıdılan xammalların satışlarını izləyərək və statistikasını apararaq üst rəhbərə hesabat verilməsi;
- İstehsal nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həlli üçün təkliflərin edilməsi;
- Xammal şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasının təmin edilməsi;
- Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabətin yaxından izlənilməsi, rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və aidiyyatı şöbələr ilə görüşülərək tədbirlər görülməsi.
Bacarıqlar
- Ünsiyyət qurmaq bacarığı
- Satış və inandırmaq bacarığı
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Bakı, Sun Food MMC
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Qida xammalları üzrə Biznes inkişafı Baş mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Azersun Holding — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Filialın fəaliyyətini idarə edir, kredit portfelini nəzarətdə saxlayır və komanda rəhbərliyi edir.
Ofisin inzibati işlərini idarə edir, HR proseslərini və sənədləşməni təşkil edir.
Xarici sifarişlərin və satınalmaların planlaşdırılmasında iştirak edir, analitik bacarıqlara malikdir.




