Vakansiya haqqında

Bir ekosisteminin Ödənişlər biznesində strateji partnyorluqların qurulması və inkişafı, yeni biznes imkanlarının yaradılması və ekosistem məhsullarının bazar mövqeyinin gücləndirilməsi istiqamətində təşəbbüskar rol oynayacaq, biznesin davamlı inkişafına töhfə verəcək peşəkar axtarırıq.

Vəzifə öhdəlikləri

Qarşıya qoyulmuş strateji hədəflərə çatmaq üçün prosesləri qurmaq və nəzarət etmək;

Bazar və rəqib təhlilləri aparmaq, inkişaf imkanları üzrə təkliflər hazırlamaq;

Partnyorlarla əməkdaşlıq zamanı yaranan suallar və müraciətləri operativ şəkildə araşdırmaq və həllini təmin etmək;

Bazarda olan yeni strateji partnyorların cəlb edilməsini təmin etmək;

Partnyorlarla münasibətləri inkişaf etdirmək və mütəmadi olaraq görüşlər keçirmək;

Partnyor məmnuniyyətini artırmaq üçün xidmət səviyyəsini davamlı olaraq təkmilləşdirmək və operativ həllər təklif etmək;

Ekosistem məhsulları və xidmətləri üzrə partnyor kampaniyalarının hazırlanması və icrasına rəhbərlik etmək;

Partnyor portfelinin inkişaf strategiyasını hazırlamaq və effektiv icrasını təmin etmək.

Tələblər

Ali təhsil;

Partnyor şəbəkəsinin idarə edilməsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;

Strateji planlaşdırma, bazar və rəqib təhlili üzrə bilik və təcrübə;

Biznes danışıqlarının aparılması və strateji tərəfdaşlıqların qurulması bacarığı;

Partnyor münasibətlərinin idarə edilməsi və uzunmüddətli əməkdaşlıqların inkişaf etdirilməsi təcrübəsi;

Güclü liderlik, komandanı idarəetmə, motivasiya etmə və nəticəyönümlü yönləndirmə bacarığı;

Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili biliyi;

Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti;

Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;

Problem həlletmə bacarığı və nəticəyönümlülük;

Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
5–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
29 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
115

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Partnyor şəbəkəsinin idarə edilməsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi tələb olunur.

Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə bilik tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Öyrənmə imkanları, mentorluq, rəqabətli əməkhaqqı, sığorta, korporativ endirimlər və əlavə məzuniyyət günləri təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əsas müştəri meneceri üzrə Bakıda digər açıq elanlar.

OMİD Mağazalar şəbəkəsi
Rəhbər · 5+ ilBakı
1 750₼

Cənub bölgəsində satışları idarə edir və komandanı effektiv yönləndirir, minimum 5 il təcrübə tələb olunur

Sales ManagementTeam ManagementMarket AnalysisLeadership+6
Müraciət et
Gun.az
Rəhbər · 5+ ilBakı
1 800₼

Elektronika bölməsini idarə edir, satış və komanda idarəçiliyində ən azı 5 il təcrübə tələb olunur

Team ManagementQuality ControlCustomer Relationship ManagementRetail Sales+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xüsusi tələbat məhsulları üzrə şöbə müdiri
Müraciət et